MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 92 ____________________________
•
Proseslər;
•
Fəaliyyət;
•
Tapşırıqlar;
•
Addımlar.
Funksiyalar müəssisə fəaliyyətinin
ən iri təsvir vahidi
olub, işlər axınından ibarətdir. Aşağı səviyyədə proseslər
fəaliyyətlərə parçalanır. Sonra fəaliyyətlər tapşırıqlara,
tapşırıqlar isə addımlara parçalanır. Nəticədə iyerarxiya ağacı
alınır.
Menecment nəzəriyyəsində prosesə biznes-proses deyilir.
Biznes-proses - bir və ya
bir-neçə əlaqəli iş və ya
prosedurdur ki, bunlar da birlikdə verilmiş təşkilati struktur
çərçivəsində müəyyən istehsal və
qeyri-istehsal fəaliyyətini
reallaşdırmaq məqsədi güdür.
Hər bir biznes-proses aşağıdakı elementlərdən təşkil
edilir:
•
S
əmərəlilik göstəricisi –
prosesin nəticəsinə ədədi
qiyməti vermək üçün istifadə edilən kəmiyyətdir.
Adətən, dəyər, zaman və ya keyfiyyət vahidlərində
ifadə edilir;
•
Çıxış – müəssisənin daxilində
və ya xaricində olan
proses “alıcısına” təqdim edilən nəticədir;
•
Proses – “girişi” “çıxışa” çevirmək üçün tətbiqi lazım
olan fəaliyyət, işlər və ya prosedurlardır;
•
Giriş – “çıxışı” formalaşdırmaq üçün prosesin istifadə
etdiyi informasiya, verilənlər, materiallardır;
•
Proses sahibi – prosesin icrasının
nəticəsinə cavab
verməli olan təşkilati vahiddir.
Funksional modelin çıxışında məhsulun istehlak dəyərinin
artırılması modeli alınır. Bu model müştərilərə təklif edilən
məhsul və xidmətlər toplusunu əks etdirir.