Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə65/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 105 ____________________________ 

Qurulan münasibətlərin dərinliyi. 
Bu amilləri nəzərə aldıqda sərrast marketinq-menecmentin 
yeri şəkil 18-dəki kimi təyin edilən olur. 
Şəkil 18. Müəssisənin marketinq strategiyasının ümumi 
strukturunda sərrast marketinqin yeri
Kütləvi marketinq bütün müştərilər üçün eyni 
məlumatlarla işlədiyindən, burada fərdiləşdirmə səviyyəsi aşağı 
olur və hədəf seçilən auditoriya geniş spektrliliyi ilə seçilir. 
Kütləvi marketinqdə informasiya axını biristiqamətli olub, yalnız 
istehsalçıdan istehlakçıya yönəlir. Odur ki, kütləvi marketinqdə 
münasibətlər səthi və dayaz xarakter daşıyır.
Kütləvi marketinqin əksinə olaraq, fərdiləşdirilmiş 
marketinq müxtəlif marketinq məlumatlarından istifadə edir. 
Buna görə də burada fərdiləşdirmə səviyyəsi olduqca 
yüksəkdir. Fərdiləşdirilmiş marketinqdə hər bir müştəri ilə 
ayrıca münasibət qurulur. Yəni, burada hədəf seçilən 
auditoriyanın spektral darlığı qabardılır. İstehsalçı ilə istehlakçı 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 106 ____________________________ 
arasında dialoq rejimində informasiya mübadiləsi, yəni, dərin 
münasibətlər mövcuddur.
Məqsədyönlü 
marketinq 
kütləvi 
marketinqlə 
fərdiləşdirilmiş marketinq arasında yerləşməklə, müxtəlif 
təmərküzləşmə səviyyələri nümyiş etdirir və bazarın müəyyən 
seqmentlərinə istinad edən marketinq məlumatları ilə iş görür. 
Burada münasibətlər hədəf seçilən seqmentdəki müştərilərin 
reaksiyaları ilə bağlı olan əks-əlaqədən istifadə edilərək qurulur. 
Sərrast marketinq fərdi və dar profilli məqsədyönlü 
yanaşmaları özündə birləşdirir ki, bu da marketinq səylərini 
bazarın daha gəlirli seqmentlərinə və yarım seqmentlərinə 
yönəltməyə və qarşılıqlı fəaliyyət kontaktlarının tam tsiklində 
müştərilərlə dərin fərdi münasibətlər qurmağa imkan verir.
Beləliklə, sərrast marketinq (şəkil 19) müasir idarəetmə, 
təhlil və satış metodları kompleksi olub, fərdiləşdirməyə, 
kanalların 
inteqrasiya 
edilməsinə 
və 
münasibətlərin 
optimallaşdırılmasına istiqamətlidir. 
Bu baxımda: 

Fərdiləşdirmə - şirkətin gəlirlərinin artmasında xüsusi 
çəkisi və əhəmiyyəti böyük olan ayrı-ayrı müştərilər və 
bazar seqmentləri barədə fərdi məlumatların əldə 
edilməsi; 

Kanalların inteqrasiya edilməsi – müştərilərlə qarşılıqlı 
fəaliyyətin bütün kanalları üzrə biliklərin və 
informasiyanın ümumiləşdirilməsi; 

Münasibətlərin optimallaşdırılması – bütün kontakt dövrü 
ərzində müştərilərlə münasibətlərin yaradılmasının 
faydalılığının maksimumlaşdırılması kimi başa düşülür.



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin