MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 103 ____________________________
•
Müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi
sistemi layihələrinin tətbiqi
üçün infrastrukturun
olmaması.
4.“Müştəriyə fokuslanan və müştərilərlə qarşılıqlı
münasibətlərin idarə edilməsi sisteminin layihələri ilə zəif
əlaqəsi olan” model müasir mərhələdə daha geniş yayılmışdır.
Çünki hələ müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi
sistemi layihələrinin tətbiqi ilə bağlı təcrübə toplamaq
mərhələsidir. Odur ki, tədqiqata cəlb edilən firmaların yarıdan
çoxu (66%-i) bu kateqoriyaya daxildir. Həm də müştərilərlə
qarşılıqlı münasibətlərin idarə edilməsi
sistemi layihələrinin
tətbiqi ilə bağlı çətinlikləri bunların cəmi 30%-i aradan qaldıra
bilir.
Bu modelin aşağıdakı xüsusiyyətləri mövcuddur:
•
İstehlakçıların üstünlük verdikləri cəhətlərə diqqət
yetirilməsi və onların tələblərinin ödənilməsinə cəhd
edilməsi;
•
Müştəri barədə bir neçə kanalla informasiya toplamağa
səy edilməsi;
•
Şirkətin ayrı-ayrı bölmələri
çərçivəsində məhdud
müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi
sistemi infrastrukturunun tətbiq edilməsi.
5.“Müştərilərlə münasibətlərin idarə edilməsi və korporativ
səviyyədə müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi
sisteminin layihələri ilə tam inteqrasiya edilən” model. Bu,
postsənaye (xidmət) iqtisadiyyatı konsepsiyasına maksimum
uyğun gələn modeldir. Hal-hazırda bu model yalnız
çox iri
şirkətlərin bəzilərində tətbiq edilir. Çünki bu müştərilərlə
qarşılıqlı münasibətlərin idarə edilməsi sisteminin layihələri
olduqca bahadır. Buna baxmayaraq,
həmin müştərilərlə
qarşılıqlı münasibətlərin idarə edilməsi sisteminin layihələri