Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə60/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 96 ____________________________ 
Şəkil 14. Marketinq-menecmentin funksional quruluşu 
Kütləvi marketinqdə rəqabət üstünlüyü rəqiblərə nisbətən 
daha az xərclər hesabına əldə edilir. Bu strategiyanı rəhbər 
tutan firma geniş bazara və böyük həcmli eynicins məhsul 
buraxılışına ümid edir. Bu halda fərz edilir ki, istehlakçılar hər 
hansı məhsula üstünlük verməkdə çətinlik çəkərək, ümumi 
üstünlüyə, məsələn qiymətin ucuzluğuna tabe olurlar.


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 97 ____________________________ 
Diferensial (dərəcələrə ayrılmış) marketinqdə rəqabət 
üstünlüyü bir növ əmtəənin yarımnövlərə və modellərə 
ayrılması hesabına əldə edilir. Çünki bu, istehlakçıların 
üstünlükvermə imkanlarını genişləndirir. Belə ki, birini 
keyfiyyət, digərini görkəm, başqasını material, bir başqasını isə 
texniki xarakteristikalar özünə cəlb edir.
 
Bu halda firma bazarın çoxseqmentliliyinə və müxtəlif 
seqmentlərdə aşkar edilən üstünlükvermə kriterisi üzrə malların 
ixtisaslaşdırılmasına bel bağlayır. 
Şəkil 15. M. Porterin rəqabət modeli 
Təmərküzləşdirilmiş 
sərrast 
marketinqdə 
rəqabət 
üstünlüyü fokuslaşdırma hesabına əldə edilir (şəkil 16). 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 98 ____________________________ 
Şəkil 16. Marketinq strategiyaları və üstünlük qazanmaq 
metodları 
Burada, adətən, bazarın bir seqmentində istehlakçıya orta 
qiymətdən xeyli yüksək qiymətə nadir mal təklif edilir. Ümid 
edilən əsas motiv məhsulun yüksək şöhrətidir. Çünki bu, 
istehlakçını uzun müddət istehsalçının təsir dairəsində saxlayır.
Marketinq strategiyasının yuxarıda göstərilən modelləri 
belə bir fərziyyəyə əsaslanır ki: firma bazardakı mövqeyini iki 
amildən istifadə etməklə: ya xərcləri azaltmaqla, ya da məhsul 
üzrə ixtisaslaşmaqla idarə edir. Bu modellərdə kompleks 
xidmətlər təklifi və istehlakçılarla qarşılıqlı münasibətlərin idarə 
edilməsi yolu ilə bazara təsir etmək imkanları nəzərə alınmır.
Bizim fikrimizcə, müasir xidmət iqtisadiyyatı meyllərini və 
içtehlakçılarla qarşılıqlı münasibətləri nəzərə alan təsnifat daha 
faydalıdır (cədvəl 3). 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin