MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 108 ____________________________
MÜŞTƏRİLƏRLƏ QARŞILIQLI ƏLAQƏLƏRİN YARA-
DILMASI
PRİNSİPLƏRİ
Müəssisənin
idarə
edilməsi
siyasətinin
işlənib
hazırlanmasında yeni strateji istiqamət kimi qəbul edilən
sərrast
marketinq-menecmentin missiyası - lazımi məqamda lazımi
kanalla konkret fərdi istehlakçıya lazımi marketinq xəbərləri
yaymaq və bazarın dar seqmentində sərrast (dəqiq, keyfiyyətli
və operativ) idarəetmə aksiyaları
keçirməklə mal və xidmət
istehlakçılarının qazanclarını optimallaşdırmaqdan ibarətdir.
Müasir bazarın tələbləri müəssisələri nəinki təkcə vaxt və
maliyyə məsrəflərini ixtisar etməyə vadar edir, həm də müvafiq
analitik və satış proseslərini həmin tələblərə uyğunlaşdırmağı
tələb edir. Çünki hər hansı vacib marketinq informasiyasına
tələb yaranan kimi həmin informasiya hökmən hazır və əlçatan
olmalıdır. Bu şərt müəssisədə marketinqin idarə edilməsi
sisteminin tərkib hissəsi olan müştərilərlə qarşılıqlı münasibətlər
sisteminin formalaşdırılması zamanı
üstün prioritet nümayiş
etdirir.
Müəssisədə
müştərilərlə
qarşılıqlı
münasibətlərin
marketinq sisteminin yaradılmasından məqsəd müəssisə
marketinqinin planlaşdırılması, tənzimlənməsi
və nəzarət edil-
məsi prosesləri kompleksini optimal reallaşdırmağa imkan
verən informasiya təməli yaratmaqdan ibarətdir.
Bu məqsədə
çatmaqdan ötrü xarici (bazar) və daxili informasiyanı verilənlər
bankında toplamaq, emal etmək və sonrakı
istifadəyə
hazırlamaq müştərilərlə qarşılıqlı münasibətlərin marketinq
sisteminin əsas vəzifəsi olmalıdır.
Müəssisədə
formalaşdırılan
müştərilərlə
qarşılıqlı
münasibətlərin marketinq sistemi malgöndərənlər və alıcılar
barədə əldə edilən informasiyanı
müxtəlif aspektlərdə təhlil