Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə45/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 72 ____________________________ 
sahəsində 
informasiya 
texnologiyaları 
ilə 
funksional 
altsistemlər (FUNAS) və proqram əlavələri ilə həmsərhəddir. 
Göstərək ki, informasiya texnologiyaları ilə funksional 
altsistemlər arasında real sərhəd tapmaq o qədər də asan 
deyildir.
Telematik sistemlər şirkətin obyektlərindəki istehsal 
tsikllərinə məsafədən nəzarət etmək üçündür. Bu sistemlər 
funksional altsistemlər üçün neft hasilatı və quyuların 
vəziyyəti barədə informasiya təqdim edir. Telematik sistemlər 
məhdudimkanlı mexaniki sistemlərdir. Bunlarda “intellekt” 
elementi yoxdur. Lakin telematik sistemlər qəzaları qabaqlaya, 
neft quyularını dayandıra və yenidən işlədə bilir. 
İstehsal tsiklinin optimallaşdırılması sistemləri geoloqlar 
və texnoloqlar tərəfindən avadanlığın operativ idarə edilməsi 
və işinin dəstəklənməsi üçün istifadə edilir. Bu sistemlər Qərar 
qəbulunu dəstəkləyən sistemlərə lazım olan bütün 
məlumatları: - neft yataqlarının vəziyyəti və quyulardan daxil 
olan neft və su qarışığının quruluşu barədə məlumatları, neft 
hasilatı və emal məhsulları haqqında məlumatları verir və xam 
nefti benzinə, mazuta, yağa çevirən emal prosesi üçün 
optimal struktur təklif edir.
Haqqında bəhs edilən bu iki sistem texnoloji proseslərin 
avtomatlaşdırılmış idarəetmə sisteminin (TP AİS-in (Maraqlıdır 
ki, AİS termini ERP ilə, Müəssisə AİS-i MRPII ilə əvəzlənsə də, 
TP AİS termini olduğu kimi saxlanmışdır) tərkib hissələridir. 
Neft sahəsində Texnoloji proseslərin avtomatlaşdırılmış 
idarəetmə sistemi bütün informasiya sistemlərinin hamısından 
həm çox xidmətedici işçilər, həm də çox xərc tələb edir. Şəkil 
11-dən 
göründüyü 
kimi, 
Texnoloji 
proseslərin 
avtomatlaşdırılmış idarəetmə sistemi korporativ informasiya 
sistemlərinin bütün texnoloji və tətbiqi fəaliyyət səviyyələrinə 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin