MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 73 ____________________________
nüfuz edir. Belə ki, həm istehsal tsiklinin optimallaşdırılması
sisteminin, həm də verilmiş tərkibli xam neftin emal struktu-
runu təyin etməkdən ötrü optimal variant axtaran proqram
paketinin uğurlu işləməsi üçün quyularda lazımi təzyiq
yaratmaq məqsədilə quyulara su vuran nasosların işi barədə
məlumat lazımdır.
Bu mövzunu yekunlaşdırmazdan əvvəl, daha bir proqram
əlavələri sinfinə diqqət yönəltmək lazımdır ki, bu da
infrastruktur əlavələridir. Funksional altsistemlər və əlavələr
həmişə konkret sifarişçiyə və ya sahibkara xidmət göstərir.
Belə ki, məsələn, maliyyə modulları mühasibatlığa, maliyyə-
plan şöbəsinə xidmət göstərir; Malgöndərmə zəncirini idarə
edən sistemlər maddi-texniki təminat şöbəsinin işini
dəstəkləyir; Müştərilərlə qarşılıqlı münasibətlərin idarə
edilməsi sistemi marketinq və satışın bir sıra məsələlərini həll
edir. Lakin elə tətbiqi sistemlər var ki, şirkətin bütün
fəaliyyətinin uğurlu olması həmin sistemlərin işindən asılıdır.
Belə sistemlərdən biri korporativ ATS-dir (avtomat telefon
stansiyası). Yuxarıda bəhs edilmiş təsnifatda ATS-i
“telekommunikasiya” bölməsinin informasiya texnologiyalarına
aid etmək olardı. Lakin aydındır ki, ATS telekommunikasiya
texnologiyasının bir sıra funksiyalarını (Məsələn, məlumatların
saxlanması, ünvanların dəyişdirilməsi, konfransların təşkili və
s.) icra etmək iqtidarında deyildir. Bu baxımdan, informasiya
sistemlərinə daha yaxın olan informasiya sistemləri
servislərinin idarə edilməsi sistemi olan
ITSM (Information
Technology Service Management) -dir. ITSM faktiki olaraq
informasiya sistemlərinin idarə edilməsinin dünya standartıdır.
Çünki bu, informasiya sistemləri üzərində üstqurum sistem,
informasiya sistemləri elementlərinin fəaliyyətinə nəzarət
edən, nasazlıqları qeyd edən, kömək istəyən istifadəçiləri