Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə142/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 222 ____________________________ 
İstifadəçi interfeysi təhlil menecerliyini təmin edir. Təhlil 
prosesi serverinin arxitekturası şəkil 29-da verilmişdir. 
 
Şəkil 29. Təhlil prosesi serverinin arxitekturası


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 223 ____________________________ 
Müştəri hissəsinin nüvəsini kross-cədvəllər (şahmatşəkilli 
təsvir) təşkil edir ki, bu da təhlil serverinə qoşularaq istifadəçi 
əlavələri üçün interfeys rolunu oynayır. Həmin interfeys 
operativ analitik emal sistem verilənlərinə və serverdə yerləşən 
verilənlərin alınması vasitələrinə müraciəti təmin edir. Müştəri 
əlavələri kross-cədvəllər xidmətinə ya 
C++ üçün yaradılmış 
OLE DB interfeysi, ya da obyektlərin ActiveX interfeysi 
vasitəsilə qoşulur. Kross-cədvəllər xidməti serverdəki kublar və 
ya cədvəllər əsasında, yaxud da 
OLE DB interfeysinin köməyi 
ilə relyasiyalı bazalardan verilənlərin alınmasının lokal 
modellərini yarada bilir. Kross-cədvəllər, həmçinin lokal 
maşında saxlana bilir və serverə qoşulmadan 
off-line rejimində 
istifadə edilir. 
Müştəri hissəsinin arxitekturası şəkil 30-da verilmişdir. 
Şəkil 30. Müştəri hissəsinin arxitekturası
 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 224 ____________________________ 
SQL Server 2000 Analysis Services verilənlərin təhlili və 
alınması üçün obyektlər yığımı təmin edir. Operativ analitik 
emal sisteminin əsas obyekti kubdur. Çünki sonuncu 
istifadəçiyə lazım olan bütün ibformasiya kubda saxlanır. 
Kubdakı informasiya ölçü və ölçmələrdən təşkil edilmiş 
çoxölçülü quruluşa malik olur. Məsələn, istifadəçini cari ilin 
birinci rübündə şimal-qərb regionunda aparat satışı 
maraqlandırırsa, bu halda kubda üç ölçü və bir ölçmə saxlanır 
ki, bunlar da aşağıdakılardan ibarətdir: 

Ölçü – MƏHSUL (məhsulun kateqoriyası da nəzərə 
alınmaqla); 

Ölçü – COGRAFİYA (şimal-qərb regionu da daxil 
olmaqla); 

Ölçü – ZAMAN (ilin birinci rübü daxil olmaqla); 

Ölçmə - SATIŞ (cəmlənməli olan kəmiyyət verilənləri). 
OLAP-təhlil cari və keçmiş dövrlərə aid verilənlərin 
aqreqatlaşdırılmasını həyata keçirdiyindən, gələcək dövrlərə aid 
təhlil də aparmağa imkan verir. Belə ki, məsələn, baxdığımız 
misaldakı verilənlərə əsasən gələn ilin birinci rübündə şimal-
qərb regionunda aparat satışı hansı məbləğlə ifadə oluna bilər 
sualına da cavab almaq mümkündür. Verilənlərin alınması 
prosesinin əsas obyekti cari və keçmiş dövrlərə aid 
verilənlərdən hasil edilmiş biliklərin saxlanması üçün platforma 
təşkil edən modeldən ibarətdir ki, bu da proqnoz məlumatları 
almaq üçün istifadə edilən ehtimallar formasında və ya ehtimal-
ların paylanması funksiyaları şəklində ola bilir.
Təhlil və verilənlərin alınması üçün olan obyektlər 
müəyyən iyerarxiya yaradır. Məsələn, kublar, ölçülər və 
verilənlərin əldə edilməsi modelləri bir iyerarxiya təşkil edir 
(şəkil 31). 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin