MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 230 ____________________________
Verilənlərin əldə edilməsi modelindəki ölçü üçün iyerarxiya
model düyünlərinin strukturundan ibarətdir. Piramidaşəkilli
iyerarxiya
elə təşkil edilir ki, iyerarxiya üzrə yuxarıdan aşağı
hərəkət etdikdə daha xırda ölçülərə keçilir. Məsələn,
COĞRAFİYA ölçüsü KONTİNENT, ÖLKƏ, ŞƏHƏR səviyyələri
sırası kimi iyerarxiyaya malikdir. Bu iyerarxiyada, məsələn,
Avropa yüksək, Almaniya orta, Berlin aşağı səviyyə ölçüsüdür.
Baxılan
OLAP-sistem
ölçülərin
tarazlaşdırılmış,
tarazlaşdırılmamış və qismən tarazlaşdırılmış iyerarxiyaları ilə
də işləməyə imkan verir. Tarazlaşdırılmış
iyerarxiyada bütün
ölçü şaxələri öz səviyyələrinə enir. Tarazlaşdırılmamış
iyerarxiyada şaxələr müxtəlif səviyyələr enir. Qismən
tarazlaşdırılmış iyerarxiyada isə şaxələrdən heç olmazsa, biri öz
səviyyəsinə enməmiş olur.
Bu sistem, həmçinin,
müxtəlif
iyerarxiyalara aid ölçülərlə də işləyə bilir. Bu ölçülər kubdakı
verilənlərin alternativ təsvirini almaq üçündür. Məsələn, VAXT
ölçüsü iki iyerarxiyada – adi təqvim iyerarxiyasında və maliyyə
ili iyerarxiyasında verilə bilir. Bu halda VAXT ölçüsünə
VAXT.TƏQVİM və VAXT.FİKSAL kimi dəqiqləşdirmələr edilir.
Səviyyə, ölçü iyerarxiyasının
elementi olmaqla, ölçünü
yuxarıdan aşağı (aqreqatlaşdırılmışdan xırdalaşdırılmışa)
təsvir
edir. Səviyyələr yalnız ölçülər üçündür. Səviyyələr ya ölçü
cədvəllərinin sütunlarına, ya da ölçü üzvlərinin xassələrinə görə
təyin edilir. Səviyyə təyin edilərkən
iyerarxiyaya daxil edilən
ölçü üzvləri və onların bir-birinə nəzərən yerləşməsi bəlli
olmalıdır. Səviyyələr ölçülərlə eyni zamanda yaradılır.
Obyektlərdən biri də ölçmələrdir.
Ölçmələr kuba daxil
olandır və kubla eyni zamanda yaradılır. Şəkil 34 və cədvəl 10-
da İl, Rüb, Ay kimi üç səviyyədən ibarət olan Təqvim ölçüsünə
nümunə verilmişdir.