Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə147/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   144   145   146   147   148   149   150   151   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 233 ____________________________ 
Şəkil 35. “Ulduz” tipli mal yeridilişi marşrutlarının kub sxemi 
Kubun xanası, adətən, faktiki verilənlər cədvəlinin bir neçə 
sətrindən alınır. Məsələn, Hava nəqliyyatı, Afrika, 1-ci rüb kimi 
ölçü üzvləri üçün kub xanası faktiki verilənlər cədvəlinin (cədvəl 
11) aşağıdakı sətrlərindən yaranır. 
Cədvəl 11. 
Mal yeridilişi marşrutu ölçüsünün seçilməsinə nümunə 
Hesab_
İN 
Marşrut
_İN 
Haradan
_İN 
Vaxt_İN 
Çəki 
Tarix 
3554790 



40 
Yan-19-06 
3516987 



15 
Yan-10-06 
3572673 



34 
Yan-27-06 
3600974 



45 
Fev-02-06 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 234 ____________________________ 
3645541 



20 
Fev-09-06 
3674906 



36 
Fev-17-06 
Bu cədvəlin bütün sətrlərindəki İN-lərin bütün sütunlarda 
(Marşrut_İN, Haradan_İN, Vaxt_İN) eyni olması onu göstərir 
ki, ölçmələr kubun eyni bir xanasına aiddir. 
Şəkil 36. “Qar dənəciyi” tipli mal yeridilişi marşrutlarının kub 
sxemi 
Şəkil 35 və şəkil 36-dan göründüyü kimi, kub sxemi 
“ulduz” və “qar dənəciyi” kimi 2 tip olur. “Ülduz” sxemində hər 
bir ölçü cədvəli faktiki verilənlər cədvəlinə bağlanmış olur. “Qar 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 235 ____________________________ 
dənəciyi” sxemində bir və ya bir neçə ölçü cədvəli başqa ölçü 
cədvəlinə bağlanmış olur. Burada birbaşa faktiki verilənlər 
cədvəlinə bağlanış məcburi deyil. Bu halda ölçü cədvəlləri 
çoxölçülü ölçü cədvəllərinin ölçülərinə aid olur. Məsələn, 
verilmiş kub sxeminin inzibatçısı təhlilə bir neçə il əlavə etməklə 
kubu genişləndirmək istəyirsə, “il” identifikatorunu İl_İN yeni 
sütunu şəklində Cədvəl_Ölçü_Vaxt_1 adlı 1-ci cədvələ, 
Cədvəl_Ölçü_Vaxt_2 adlı ikinci cədvələ, kub sxeminə və Vaxt 
ölçüsündəki İl səviyyəsinə əlavə etməlidir. Bu dəyişiklik nəticə-
sində şəkil 35-dəki “ulduz” sxemi şəkil 36-dakı “qar dənəciyi” 
sxeminə çevrilir. 
Kubları müxtəlif üsullarla saxlamaq olur. Kub verilənləri və 
aqreqat qiymətləri saxladığından, yaddaşın həcmi üçün kubun 
seyrəkliyi mühüm əhəmiyyət daşıyır. Belə hallarda yaddaş 
həcmini ixtisar etmək üçün kubu aşağıdakı üsullarla saxlamaq 
olar: 

Boş xanalara yaddaş sahəsi ayrılmır; 

Verilənlərin sıxılması tətbiq edilir; 

Xüsusi aqreqatlaşdırma alqoritmləri tətbiq edilir. 
Aparılan tədqiqatlar göstərmişdir ki, 
OLAP-texnologiya 
(cədvəl 12) verilənlər bazasında informasiyanın çoxölçülü 
işlənməsi, seçilməsi və qruplaşdırılması üçün səmərəli vasitədir. 
Cədvəl 12. 
OLAP-texnologiyanın üstünlükləri 

Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin