Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə63/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 102 ____________________________ 
Cədvəl 4-də: 
1.“Məhsula fokuslanan və müştərilərlə qarşılıqlı 
münasibətlərin idarə edilməsi sisteminin layihələri ilə əlaqəsi 
olmayan” model sənaye iqtisadiyyatının ənənəvi modeli olub, 
aşağıdakı xüsusiyyətlərə malikdir: 

Fərdi istehlakçılara və onların tələbatlarına kifayət qədər 
diqqət yetirilməməsi; 

Məhsul və ya xidmətin keyfiyyətinə xüsusi diqqət 
verilməsi; 

İstehlakçıların bütün kateqoriyaları üçün kütləvi 
marketinq strategiyasından daha çox istifadə edilməsi. 
2.“Məhsula fokuslanan və müştərilərlə qarşılıqlı 
münasibətlərin idarə edilməsi sisteminin layihələri ilə zəif 
əlaqəsi olan” model aşağıdakı xüsusiyyətlərə malikdir: 

Fərdi istehlakçılara və onların tələbatlarına kifayət qədər 
diqqət yetirilməməsi; 

Bazara malların qeyri-diferensial (dərəcələrə ayrılmamış) 
yeridilməsinə xüsusi diqqət verilməsi; 

Müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi 
sisteminin layihəsi infrastrukturunun firmanın marketinq 
bölmələri çərçivəsindən kənara çıxmaması.
3.“Müştəriyə fokuslanan və müştərilərlə qarşılıqlı 
münasibətlərin idarə edilməsi sisteminin layihələri ilə əlaqəsi 
olmayan” model xidmət iqtisadiyyatı gerçəkliyini təzəcə anlayan 
firmalar üçün xarakterikdir. Bu firmalar müştəriyə üz tutsalar 
da hələ müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi 
sisteminin layihələri ilə tanış deyillər. 
Bu modelin aşağıdakı xüsusiyyətləri vardır: 

İstehlakçıya və onun üstünlük verdiyi cəhətə diqqət 
yetirilməsi; 

Müştəri tələbinin ödənilməsinə xüsusi diqqət verilməsi; 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 103 ____________________________ 

Müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi 
sistemi layihələrinin tətbiqi üçün infrastrukturun 
olmaması. 
4.“Müştəriyə fokuslanan və müştərilərlə qarşılıqlı 
münasibətlərin idarə edilməsi sisteminin layihələri ilə zəif 
əlaqəsi olan” model müasir mərhələdə daha geniş yayılmışdır. 
Çünki hələ müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi 
sistemi layihələrinin tətbiqi ilə bağlı təcrübə toplamaq 
mərhələsidir. Odur ki, tədqiqata cəlb edilən firmaların yarıdan 
çoxu (66%-i) bu kateqoriyaya daxildir. Həm də müştərilərlə 
qarşılıqlı münasibətlərin idarə edilməsi sistemi layihələrinin 
tətbiqi ilə bağlı çətinlikləri bunların cəmi 30%-i aradan qaldıra 
bilir.
Bu modelin aşağıdakı xüsusiyyətləri mövcuddur: 

İstehlakçıların üstünlük verdikləri cəhətlərə diqqət 
yetirilməsi və onların tələblərinin ödənilməsinə cəhd 
edilməsi; 

Müştəri barədə bir neçə kanalla informasiya toplamağa 
səy edilməsi; 

Şirkətin ayrı-ayrı bölmələri çərçivəsində məhdud 
müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi 
sistemi infrastrukturunun tətbiq edilməsi. 
5.“Müştərilərlə münasibətlərin idarə edilməsi və korporativ 
səviyyədə müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi 
sisteminin layihələri ilə tam inteqrasiya edilən” model. Bu, 
postsənaye (xidmət) iqtisadiyyatı konsepsiyasına maksimum 
uyğun gələn modeldir. Hal-hazırda bu model yalnız çox iri 
şirkətlərin bəzilərində tətbiq edilir. Çünki bu müştərilərlə 
qarşılıqlı münasibətlərin idarə edilməsi sisteminin layihələri 
olduqca bahadır. Buna baxmayaraq, həmin müştərilərlə 
qarşılıqlı münasibətlərin idarə edilməsi sisteminin layihələri 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin