MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 94 ____________________________
Struktur təhlilinin əsas vəzifəsi təşkilatın fəaliyyətini
əvvəlcə məntiqi səviyyədə təsvir etməkdən ibarətdir. Bu,
informasiya sistemləri layihəsində ediləcək dəyişiklikləri
kompakt (yığcam) halda görməyə imkan verir. Bundan sonra
proseslərin fiziki (Hərçənd ki, bunlar paralel də icra edilə
biləndir) təsviri həyata keçirilir.
CASE (Computer Aided Software Enginering) -vasitələr.
Təşkilatın fəaliyyətinin təsviri üçün təqdim edilən modellərlə
yanaşı, başqa yanaşmalar da mövcuddur. Sistemin tam və
ziddiyyətsiz modellərini yaratmağa imkan verən proqram-
texnoloji vasitələrin yeni sinfi olan
CASE-vasitələr bu
qəbildəndir.
Müasir
CASE-vasitələr modelləri təsvir etməklə yanaşı,
kompüterləşdirilmiş informasiya sistemlərini bütün ömürboyu
dəstəkləməyə yönəldilmişdir.
Hal-hazırda
CASE-vasitələr yüksək səviyyədə inkişaf
etmişdir. Bu vasitələrin bir çoxu obyekt yönümlü
proqramlaşdırma
və
“müştəri-server”
strukturu
ilə
əlaqələndirilmişdir.
Bəzi
CASE-vasitələr
analitik
instrumentariyaya, hesabat tərtibi vasitələrinə, ekranlara və
diaqrmlara malikdir.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 95 ____________________________
MÜƏSSİSƏLƏRİN MÜŞTƏRİLƏRLƏ
QARŞILIQLI ƏLAQƏLƏRİ SİSTEMİNİN
QURULUŞU VƏ YARADILMASI
PRİNSİPLƏRİ
SƏRRAST MARKETİNQİN XÜSUSİYYƏTLƏRİ VƏ
MÜASİR “MÜŞTƏRİYÖNÜMLÜ” SİSTEMLƏRİN İŞLƏNİB
HAZI
RLANMASINDA ONDAN İSTİFADƏ EDİLMƏSİ
İMKANLARININ TƏDQİQİ
Marketinq-menecment, geniş mənada, firmanın bütün
digər struktur bölmələri ilə inteqrasiya olunan mürəkkəb
funksional quruluşa malikdir (şəkil 14).
Şəkil 14-dən göründüyü kimi, marketinq-menecment
funksiyaları müştərilər və onların ehtiyaçları barədə bilik almaq
zərurəti ilə, müəyyən seqmentlərdə bazar situasiyalarını
izləməklə, istehsalı istehlakçının tələb etdiyi məhsul istehsalına
yönəltməklə, marketinq fəaliyyətinin planlaşdırılması və idarə
edilməsi strategiyasını korrektə etməklə, buraxılan məhsulun
keyfiyyətinin yaxşılaşdırılması və yeni məhsul istehsalına keçil-
məsi ilə, mal və xidmətlərin bazarda yeridilişi ilə, reklam və
marketinq kompaniyalarının təşkili ilə, tərəfdaşlarla və
müştərilərlə qarşılıqlı fəaliyyət göstərilməsi ilə bağlıdır.
M.Porterin rəqabət modelinə əsasən (şəkil 15) biznes
aşağıdakı əsas strategiyalardan istifadə edir:
1.
Kütləvi marketinq;
2.
Diferensial (dərəcələrə ayrılmış) marketinq;
3.
Təmərküzləşdirilmiş sərrast marketinq.
|