MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 109 ____________________________
etməyə və bağlanmış müqavilələrin parametrlərini və işin gedi-
şini izləməyə imkan verməlidir. Bu sistemin verilənlər bazasında
kənar mənbələrdən daxil olan (rəqiblər, məhsul qrupları
parametrləri,
satış
bazarları
barədəki)
marketinq
informasiyasının da saxlanması çox mühüm əhəmiyyət daşıyır.
Müəssisənin satış planı məhz bu informasiya əsasında tərtib
edilməlidir. Praktiki olaraq, marketinq sistemi yaradılarkən belə
bir prinsip rəhbər tutulur: əvvəlcə, bütün informasiya əhatə
edilir, sonra isə bundan müvafiq səviyyə rəhbərlərinə lazım
olan informasiya toplanır.
Müştərilərlə qarşılıqlı münasibətlərin marketinq sisteminin
yaradılması üçün aşağıdakı prinsiplərin pəhbər tutulması
məqsədə uyğun hesab edilir:
•
Tədqiqatlarda yalnız bilivasitə alqı-satqı aktında yaranan
münasibətlər deyil, bütövlükdə bazarda satıcı ilə alıcı
arasında yaranan münasibətlər diqqət mərkəzinə
çəkilməlidir;
•
Bu münasibətlərə tərəflərdən birinin marketinq
kompleksinin dəyişilməsi kimi deyil, marketinq
subyektlərinin qarşılıqlı fəaliyyəti kimi baxılmalıdır;
•
Qarşılıqlı fəaliyyət həm satıcının, həm də alıcının vəziyyət
və fəaliyyət parametrlərinin eyni vaxtda təhlili əsasında
öyrənilməlidir;
•
“Alıcı və satıcıların sayı qeyri-məhdud, bir-birini əvəz
etməsi cəld və asandır” təsəvvürünün əksinə olaraq, elə
fərz edilməlidir ki, bazarda formalaşmış qarşılıqlı
fəaliyyətin strukturu sabitdir.
Münasibətlərin sərrast marketinqini qurarkən yeni
konseptual qaydaların hansı neqativ nəticələrə gətirə
biləcəyinin təhlil edilməsi və yeni sistemin yaradılması ilə bağlı