Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə68/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 110 ____________________________ 
çətinlikləri aradan qaldırmağa kömək edən sistem əmələ 
gətirən amillərin aşkara çıxarılması olduqca vacibdir. 
İndi isə, bu baxımdan, münasibətlərin sərrast marketinq-
menecmentinin əsas konsepsiyalarını nəzərdən keçirək. 
Müasir güclü rəqabət və bazara çıxarılan malların geniş 
çeşid müxtəlifliyi şəraitində marketinq məlumatları, təklifləri və 
idarəetmə aktları hər bir istehlakçının spesifik marağına və 
üstünlük verdiyi cəhətə sərrast tuşlanmalıdır. Qeyri-mütənasib 
resursları yalnız bazar seqmentləri üzrə paylamaqla şirkətlər 
daha qiymətli müştəriləri əldə saxlamağa müvəffəq ola və 
marketinq-menecmentə səmərəli qoyuluşlar edə bilirlər. 
Münasibətlərin fərdiləşdirilməsi, bir yeni paradiqma olaraq, 
bütün şirkətlərə toxunur.
Hal-hazırda istehlak bazarı haqqında olan məlumatların 
emalı metodları və münasibətlərin fərdiləşdirilməsi texnikası 
sürətlə inkişaf edir ki, bunun da əsasında firmalar fərdi 
istehlakçılara və ya dar ixtisaslaşdırılmış bazar seqmentlərinə 
yönəldilmiş xüsusi idarə edici marketinq proqramları tərtib 
edirlər (şəkil 20). 
Beləliklə, 
sərrast 
marketinq-menecmentin 
əsas 
komponenti fərdiləşdirmədir. Çünki bu, müştərilər barədə bilik 
toplanması üzrə iterativ prosesi formalaşdırır. Həmin bilik 
vaxtlı-vaxtında fərdiləşdirilmiş marketinq məlumatlarının 
hazırlanıb yayılması və müvafiq marketinq qərarlarının qəbul 
edilməsi üçün istifadə edilir. Fərdi kontaktlar əsasında isə 
istehsalçı ilə istehlakçı münasibətlərində qarşılıqlı etimad 
yaradılır. Yaranmış münasibətlərdən yeni biliklər əldə edilir ki, 
bu da idarəedici qərarların təkmilləşdirilməsi üçün istifadə 
edilir.
Perspektivli istehlakçıların və hədəf seçilən bazar 
seqmentlərinin aşkara çıxarılması proseslərini reallaşdıran 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin