MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 113 ____________________________
çətin olur. Belə ki, əgər müştəri özünə lazım olan məhsul
barədə elektron poçtla müraciət edibsə, həmin məhsulu alıb-
almadığını öyrənmək üçün əlavə sorğu aparmaq lazım gəlir.
Çünki, elektron poçt ünvanı çox hallarda istifadəçini anonim
təqdim edərək ətraflı məlumat vermir.
Odur ki, kontakt kanallarının inteqrasiya edilməsi sərrast
marketinq-menecmentin ikinci mühüm komponentini təşkil
edir. Çünki bu, həm istehlakçı üçün müxtəlif mənbələrdən və
kanallardan alınacaq informasiyanı ümumiləşdirməyə, həm də
hər kanal üzrə xərcləri nəzərə almaqla idarəetməni müxtəlif
kanallara paylamaq problrmini optimal həll etməyə imkan verir.
META Group tərəfindən aparılan tədqiqatlara əsasən,
müxtəlif kanalların təqdim etdiyi tranzaksiya (Tranzaksiya –
verilənlər üzərində aparılan manipulyasiya əməlləri çoxluğu
olub, verilənlərin saxlanması ilə bağlı olan texnoloji termindir.
Tranzaksiya sistemləri eyni verilənlərə müraciət edən çoxsaylı
istifadəçilərin sorğularının paralel işlənməsi sistemləridir)
xərcləri ABŞ-da 5 dollardan (özünəxidmətdə) 100 dollaradək
(birbaşa kontaktda) diapazonda dəyişir. Odur ki, sərrast
marketinq-menecmentdə kontakt kanallarının inteqrasiya
edilməsi xidmət xərclərinin optimallaşdırılmasını tələb edir ki,
bu məqsədlə də “kontakt kanal-prosedurları xidmətı” tipində
müştərilərə xidmətlər tsikli modeli qurulur və həmin modeldə
tranzaksiya xərcləri də əks etdirilir (şəkil 21).
Bu modellər daha vacib kontaktları daha baha kanallarla,
nisbətən az vacib kontaktları isə nisbətən ucuz kanallarla icra
etməyə imkan verir. Daha mürəkkəb hallarda baha və ucuz
kanalların optimal dinamik əlaqələndirilməsindən istifadə edilir
ki, bu da zamanda dəyişəndir. Baha və ucuz kanalların
əlaqələndirilməsi nisbəti firmanın sahəvi aidiyyətindən,
marketinq aksiyalarının xarakterindən, istehlakçıların seçilmiş