MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 123 ____________________________
sözlə, bütün kontakt kanallarının inteqrasiya edilmiş idarə
edilməsindən və müştəri bazasının vahid ümumiləşdirilmiş
mənzərəsini formalaşdırmaqdan ibarətdir.
İDARƏ EDİLƏN MARKETİNQ-MENECMENT Matrisin birinci sütunundakı məsələlərin həlli nəticəsində
alınan biliklər bazar strategiyasının konkret icraçıları olan
kontakt mərkəzlərinin agentlərinə, Veb-sayt inzibatçılarına,
pərakəndə ticarət məntəqələrinə və s. çatdırılmırsa, heç bir
əhəmiyyət kəsb etmir. İcra zamanı tez-tez rast gələn səhv
ondan ibarətdir ki, müştərilər barədə lazımi informasiyaya malik
olan şirkət ya texniki səbəblər üzündən, ya da biznes-
proseslərin işlənib hazırlanmasındakı nöqsanlara görə həmin
informasiyadan səmərəli istifadə edə bilmir.
Analitik idarəetmə səviyyəsində qərar qəbuluna kömək
sistemi və malgöndərmələrinin və logistikanın idarə edilməsi
sxemləri yaradılır. Bu səviyyənin sistem əmələ gətirici məsələsi
münasibətlərin fərdiləşdirilməsi sisteminin yaradılmasından və
onun real vaxt rejimində fəaliyyətinin təmin edilməsindən
ibarətdir.
Biznes-proseslərin idarə edilməsi səviyyəsində ayrı-ayrı
kontakt kanalları üzrə reallaşdırılan marketinq-menecment
funksiyaları işlənib hazırlanır və avtomatlaşdırılır. Məsələn,
bütün
on-line fəaliyyəti İnternet kanalları və korporativ
şəbəkələr üzrə “
eChannel Management”, bütün telefon
kontaktları isə “
Contact Center Management” sistemi vasitəsilə
idarə edilir. Marketinq şirkətlərinin reallaşdırılmasını xüsusi
sistemlər idarə edir. Hər bir kontakt kanalı üzrə yaradıcılıq
kapitalı formalaşdırılır ki, buraya da marketinq materialları,
məhsulların təsviri, reklam, audio- videodisklər, kompüter