MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 124 ____________________________
faylları daxildir. Bu yaradıcılıq kapitalının saxlanması və
ümumiləşdirilməsi və icraçıların ixtiyarına verilməsi bu
səviyyənin sistem əmələ gətirici məsələsidir.
Korporativ səviyyədə müştərilər barədəki biliklərə,
müştərilərlə kontaktlardakı qarşılıqlı fəaliyyətə dair əldə edilmiş
informasiyaya əsaslanan marketinq proqramları işlənib
hazırlanır və həyata keçirilir. Korporativ idarəetmə səviyyəsində
aşağı səviyyələrin məlumatları emal edilərək sərrast
seqmentləşdirmə vasitəsilə bazarın dar seqmentlərinə və
yarımseqmentlərinə,
həmçinin
müştərilərlə
qarşılıqlı
münasibətlərin idarə edilməsi sisteminin topoloji sxemlərinə
çatdırılır. Seqmentləşdirmə nəticələri əsasında marketin-
menecmentin ümumi strategiyasının qurulması məsələsi həll
edilir ki, bu da korporativ idarəetmə səviyyəsinin sistem əmələ
gətirici məsələsi kimi çıxış edir.
MARKETİNQ-MENECMENTİN SƏMƏRƏLİLİYİNİN İDARƏ EDİLMƏSİ Marketinq-menecmentin səmərəliliyinin idarə edilməsi
həyata keçirilmədən biliklərin idarə edilməsi və marketinq aksi-
yalarının icrası ilə əlaqədar xərclər lazımi səmərə verməyə də
bilər. Bunun üçün səmərəlilik göstəriciləri sisteminin
formalaşdırılması kifayət deyil, bazar strategiyası və
proqramların
reallaşdırılması
prosesində
səmərəliliyin
dəyişilməsini daimi izləmək və vaxtında lazımi düzəlişlər etmək
tələb olunur.
Analitik
idarəetmə
səviyyəsində
qiymətlərin
tənzimlənməsi dinamikasının və kontakt tsiklləri ərzində
müştərilərin fayda götürmək göstəricilərinin təhlili məsələləri
həll edilir. Bu səviyyənin sistem əmələ gətirici məsələsi