Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə74/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 118 ____________________________ 
yaradılan dərin dialoq müştərilərin loyallığını təmin edir və 
etimadını möhkəmləndirir. Sonra isə mütəmadi olaraq “bilik – 
təcrübə - qarşılıqlı fəaliyyət – etimad” tsikli iterativ qaydada 
təkrarlanaraq biliyi dərinləşdirir, ünsiyyət təcrübəsini artırır və 
loyallığı möhkəmləndirir (şəkil 23). 
Şəkil 23. Şirkətlə müştərilərin qarşılıqlı fəaliyyət tsikli 
Şəkil 23-dən göründüyü kimi, müştərilərlə qarşılıqlı 
münasibətlərin idarə edilməsi sisteminin bilik bazasında “bilik – 
təcrübə - qarşılıqlı fəaliyyət” tsikli iterativ qaydada 
təkrarlandıqca, biliyin dərinləşməsi, ünsiyyət təcrübəsinin 
artması və loyallığın möhkəmlənməsi kimi müvafiq 
zənginləşmələr nəticəsində istehsalçılar daha çox mənfəət və 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 119 ____________________________ 
daha yüksək etimad qazanırlarsa, istehlakçılar da daha yüksək 
keyfiyyətli xidmət və servis qazanırlar. 
Beləliklə, sərrast marketinq-menecmentin yaradılması 
münasibətlərin fərdiləşdirilməsi zərurətindən doğan emal 
ediləcək informasiya həcminin artması ilə bağlı olan mürəkkəb 
problemlərin həllini tələb edir. Kontakt kanalları üzrə yığılan 
müştərilərə aid verilənlərin birləşdirilməsi üçün bütün 
informasiya axınlarını əlaqələndirmək və sinxronlaşdırmaq lazım 
gəlir.
Münasibətlərin sərrast marketinq-menecmenti şirkətin 
bütün iyerarxiya səviyyələri üzrə marketinq-menecmentin vahid 
qarşılıqlı əlaqəli idaretmə sisteminin yaradılması yolu ilə 
müxtəlif aspektli problemlər çoxluğunu aradan qaldırmalıdır. Bu 
məqsədlə sistemli idarəetmənin daha vacib sferaları təyin 
edilməlidir ki, sərrast marketinq-menecment qarşısına çıxan 
problemləri həll etmək mümkün olsun.
Sistem təhlilində idarəetmənin matris modelləri geniş 
tətbiq olunur. Bu modellərdə sütunlar şirkətin bölmələrində həll 
edilən ümumi məsələləri, sətrlər isə təşkilatın iyerarxiya 
səviyyələri üzrə həll edilən xüsusi funksional məsələləri əks 
etdirir. Sətr və sütunların kəsişməsində idarəetməni 
əlaqələndirən inteqrasiya edici məsələlər yerləşdirilir. Matris 
modeli şirkətin idarəetmə tabeçiliyi üzrə iyerarxiya quruluşunu 
pozmadan bütün səy və resursları həm komponent, həm də 
ümumsistem məsələlərinin həllinə yönəldir.
Matris modeli ideyalarından bəhrələnərək, sərrast 
marketinq-menecment üçün tərtib edilən model cədvəl 5-dəki 
kimidir. 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin