Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


BİZNES-PROSESLƏRİN REİNJİNİRİNQİ



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə84/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

BİZNES-PROSESLƏRİN REİNJİNİRİNQİ
Biznes-proseslərin reinjinirinqi (BPR) dedikdə, təşkilatın 
fəaliyyətinin yenidən qurulmasına yanaşma nəzərdə tutulur. 
Reinjinirinq əsas proseslərin kökündən və radikal şəkildə 
yenidən düşünülməsi anlamına gəlir. Yeni yanaşma tətbiq 
etməzdən əvvəl, təşkilatın nəyə nail olmaq istədiyini müəyyən 
etmək lazımdır. Bununla yanaşı, təyin etmək lazımdır ki, 
təşkilatın əsas prosesləri və uğur gətirə bilən komponentləri 
hansılardır. Bunların əsasında nəzərdə tutulan məqsədlərə 
aparan ən qısa, səmərəli və məhsuldar yolun planı tərtib 
edilir. 
Düşünmək olar ki, biznes-proseslərin reinjinirinqi sadəcə 
olaraq, müəssisə fəaliyyətinin tədqiqi metodları və 
məqsədlərini yeniləşdirir. Belə düşünmə halında tədqiqat prin-
sipləri və fəaliyyətin təşkili metodları olduğu kimi qala da bilər. 
Buna baxmayaraq, fəaliyyətdə müəyyən canlanma hiss oluna 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 136 ____________________________ 
bilər ki, bu da informasiya texnologiyaları hesabına baş vermiş 
olar. Çünki çoxistifadəçili verilənlər bazaları, lokal şəbəkələr və 
s. ənənəvi halda ardıcıl reallaşdırılan çoxsaylı proseslərin 
paralel reallaşdırılmasını mümkün edə bilir.
Lakin son 30 ilin tədqiqatları göstərmişdir ki, informasiya 
texnologiyalarını tətbiq etməklə real məhsuldarlıq artımına nail 
olmaq çox nadir hadisədir. Bunun əsas səbəblərindən biri 
informasiya texnologiyalarının potensialından tam istifadə 
edilməməsidir. Yəni yeni informasiya texnologiyası çox 
hallarda köhnə metod və prinsiplərin “qəlibinə salınır”.
Reinjinirinq baxımından, biznes-proseslər 2 qrupa 
bölünür: əsas və köməkçi proseslər. Əsas proseslər istehlak 
dəyərini artırır, köməkçi proseslər artırmır. Reinjinirinq 
prosesində diqqət əsas biznes-proseslərə yönəldilir.
Beləliklə, 
biznes-proseslərin 
reinjinirinqi 
dedikdə, 
təşkilati-istehsal proseslərinin elə dəyişdirilməsi başa düşülür 
ki, istehlak dəyərini artırmayan prosesləri minimuma endirmək 
mümkün olsun. Geniş mənada, biznes-proseslərin reinjinirinqi 
dedikdə, riyazi metodlardan və instrumental vasitələrdən 
istifadə 
edərək 
biznes-proseslərin 
səmərəliliyinin 
yüksəldilməsinə yönəldilən layihələşdirmə prosesi başa 
düşülür. 

Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin