MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 135 ____________________________
müştəri tələbini öyrənmək üçün gələcək alıcılar arasında sorğu
aparılır və bu sorğunun nəticələri göstəricilər sisteminə inteq-
rasiya edilir.
Müəssisənin bilavasitə fəaliyyəti (istehsal). İstehsal
əməliyyatları fəaliyyətin bütün məcmusunu,
yəni sifariş
alındıqdan məhsulun müştəriyə çatdırılmasınadək olan bütün
fəaliyyət növlərini əhatə edir. Bu mərhələdə ən vacibi odur ki,
proses vaxtında və dəqiq yerinə-yetirilsin.
Satış sonrası xidmət. M.Porter zəncirində istehlak dəyəri
yaradılışının son mərhələsi
təminatdövrü xidmət və
təminatdövrü təmir, həmçinin alıcı tərəfindən məhsul qaytarışı
ilə bağlı məsələlərin həlli də daxil olmaqla, satış sonrası
xidmətdən ibarətdir.
Dostları ilə paylaş: