Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə81/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 131 ____________________________ 
ƏSAS GÖSTƏRİCİ QRUPLARININ TƏQDİM EDİLMƏSİ
Fəaliyyətin tarazlaşdırılmış göstəricilər sistemi 4 blokdan 
ibarətdir: 

Şirkətin maliyyə göstəriciləri; 

Şirkətin müştərilərlə işləməsi göstəriciləri; 

Müəssisənin daxili proseslərini əks etdirən göstəricilər; 

Şirkətin işçi heyətinin öyrədilməsi və vəzifətutması 
sahəsindəki fəaliyyəti göstəriciləri. 
Maliyyə göstəriciləri. Bu, müəssisə fəaliyyətini əks etdirən 
əsas bloklardan biridir. Çünki müəssisələrin əksəriyyəti 
maliyyə qiymətləndirmələrinə biznes-məqsədlərə çatma 
qiyməti kimi baxırlar. Maliyyə göstəriciləri gəlirin artımını, 
maya dəyərini, məhsuldarlığı, material və maliyyə 
resurslarının cəlb edilməsinin faydalılığını və həmçinin maliyyə 
risklərini ölçür.
Maliyyə göstəricilərinin istiqamətliliyi daha çox məhsulun 
xarakteristikaları ilə müəyyən edilir. Odur ki, maliyyə 
göstəricilərini yaxşılaşdırmaq üçün müəssisə öz fəaliyyət 
istiqamətini dəyişdirə bilir. Bu cür təkmilləşdirmələrdən 
bəzilərinə diqqət yetirək. 
Satış bazarlarının genişləndirilməsi. Gəlirlərin artırılması 
üçün bəzən mövcud məhsulu yeni bazara çıxarmaq və ya 
başqa seqment alıcılarını cəlb etmək lazım gəlir. Bundan 
əlavə, mövcud məhsulu başqa funksional məqsədlər üçün 
təklif etmək olar. Bunu etmək üçün isə məhsulun daha dərin 
təhlili aparılmalıdır.
Yeni qiymət siyasəti. Satış bazarı uğrunda rəqabət 
mübarizəsi ona gətirib çıxara bilir ki, məhsulun qiyməti ona 
çəkilən xərci ödəmir. Elə ki, məhsul bazarda yerini 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 132 ____________________________ 
möhkəmləndirdi, müştəri toplandı, qiyməti qaldırmaq, güzəşti 
ləğv etmək olar.
Satış 
kanalları 
strukturunun 
genişləndirilməsi. 
İnformasiya texnologiyalarının inkişafı müştəri cəlb edilməsi, 
məhsul satışı və xidmət göstərilməsi üsullarının artırılması 
üçün geniş imkanlar yaradır. Nümunə olaraq elektron 
mağazaları, bank xidmətləri sektorunda “müştəri-bank” 
texnologiyasını, müştəriyə operativ informasiya təqdim edən 

call-center” istiqamətinin inkişafını göstərmək olar. 
Risklərin idarə edilməsi. Tarazlaşdırılmış göstəricilər 
sisteminə maliyyə əmin-amanlığı göstəriciləri ilə yanaşı, həm 
qoyulmuş vəsaitlərin qayıtmaması riski, həm də risklərin idarə 
edilməsi göstəricilərinin daxil edilməsi də lazımdır. Riskin 
azaldılması tez-tez istehsalın səmərəliliyinin artırılması 
assosiasiyası yaradır. Lakin riskin qiymətləndirilməsinin 
özünəməxsus cəhətləri vardır. Məsələn, risk göstəricilərindən 
biri müəssisə fəaliyyətinin proqnoz qiymətlərinin etibarlılığı ola 
bilər.
İstehlak 
bazarında 
şirkətin 
fəaliyyətinin 
qiymətləndirilməsi. Müəssisə üçün daxili biznes-proseslərlə 
yanaşı, alıcıların davranış göstəriciləri əsasında işçi heyətinin 
izlənilməsi də vacibdir. 
Alıcıların məmnunluğu. Artıq qeyd edildiyi kimi, 
müəssisənin əsas rəqabət üstünlüklərindən biri daimi müştəri 
bazasının, daimi alıcılarının olmasıdır. Bu, müəssisəyə inamla 
işləmək imkanı yaradır. Müştərilərlə yaxşı münasibət saxlan-
ması onların meyllərini, nə istədiklərini vaxtında aşkarlayıb 
qarşılamağa imkan verir.
Bu baxımdan, bazar payı, qazancın strukturu
müştərilərin sədaqətliliyi (daimiliyi), razılığı (məmnunluğu) və 
mənfəətliliyi (faydalılığı) kimi göstəricilər daha vacibdir. 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin