Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə89/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 143 ____________________________ 
xidmət vaxtının 95% əlçatanlığı o deməkdir ki, servis 
həftədə 2 saat boşdayanır. Çünki 40 saatlıq (8x5) iş 
həftəsinin 5%-i 2 saatdır. 

Etibarlılıq. Bu, servis təqdimatının imtina ehtimalıdır. 
Etibarlılıq imtinanın aradan qaldırılması üzrə orta vaxtla, 
daha doğrusu, iki əlçatan servis arasındakı imtina 
müddətinin orta qiyməti ilə ölçülür. Bu halda imtina 
momentindən bərpa momentinədək keçən vaxt nəzərə 
alınmır. Məsələn, 8x5 xidmət vaxtında əlçatanlığın 95% 
olduğunu nəzərə alıb, fərz etsək ki, həftə ərzində orta 
hesabla servis 2 dəfə imtina edir, onda bu o deməkdir 
ki, bu halda imtinanı aradan qaldırmaq üçün 19 saat 
vaxt sərf edilir (40-2):2=19). 

Məhsuldarlıq. Bu, verilmiş servisin vaxt vahidi ərzində 
icra 
edə 
bildiyi 
determinləşdirilmiş, 
standart 
əməliyyatlardır. İnformasiya sistemləri servisinin 
məhsuldarlığını ölçməkdən ötrü sənədlərin daxil 
edilməsi, hesabatların hazırlanması və s. kimi son 
istifadəçi üçün əhəmiyyətli olan əməliyyatlardan istifadə 
etmək lazımdır. Məhsuldarlıq vaxt vahidi ərzində icra 
edilən əməliyyatların sayı ilə ölçülür (Məsələn, 1 saatda 
20 qaimə daxil edilməsi).

Məxvilik. Bu, verilənlərə icazəsiz müraciət ehtimalıdır. 
Bu göstəricinin ədədi qiyməti adətən hesablanmır (Bu, 
xüsusi metodika ilə ölçülür. Məxvilik yüksək 
təhlükəsizlik səviyyəsi ilə təmin edilir). Bunun əvəzinə, 
servis təminatı göstərən informasiya sistemləri məxvilik 
dərəcəsinə 
görə 
təsnifləşdirilir. 
İnformasiya 
sistemlərinin hansı sinfə aid olması xüsusi sertifikatla 
təsdiq edilir. 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 144 ____________________________ 

Miqyas. Bu, servisin dəstəklənməsi işinin həcmini və 
mürəkkəbliyini ifadə edir. Miqyasın vahid ölçüsü 
yoxdur. Bunu işçi yerlərinin sayı ilə, uzaq məsafələrdəki 
saytların sayı ilə, istifadə edilən proqram əlavələrinin 
mürəkkəbliyi ilə və s. təyin etmək halları mövcuddur.

Servisə çəkilən xərclər. Bu, servisin dəstəklənməsinə 
cəlb edilən bütün resursların və servis imtinaları ilə 
bağlı itkilərin məcmu dəyəridir.
Beləliklə, informasiya sistemləri xidməti fəaliyyətinin son 
məhsulu olan 
informasiya texnologiyaları servisi dedikdə, 
informasiya texnologiyalarına əsaslanan xidmət, informasiya 
sistemləri xidməti fəaliyyəti və bu fəaliyyətin formallaşdırılması 
nəzərdə tutulur. 

Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin