MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 89 ____________________________
bölgüsünü, prioritetini (üstünlüyünü)
və səlahiyyətini əks
etdirir.
IDEFO - strukturlaşdırılmış təhlil standartıdır ki, bu da
planlaşdırmadan ta son variantın alınmasınadək
bütün
mərhələlərdəki proseslərin təsviri üçün tətbiq edilir. Bu
standart predmet və fəaliyyətləri qrafik təsvir edən model
qurmağa imkan verir.
IDEFO iki növ diaqramdan ibarətdir:
1.Kontekst (aidi) diaqram;
2.Dekompozisiya edilmiş (parçalanmış) diaqram.
Kontekst diaqramı modelləşdirmə obyektini təsvir edir.
Bu diaqramda aşağıdakı elementlər iştirak edir:
•
Giriş amilləri – nəticənin alınması
üçün prosesdə
istifadə edilən verilənlər və ya materiallar;
•
Nəticə - verilmiş fəaliyyət nəticəsində alınmış verilənlər
və ya materiallar;
•
Mexanizmlər
–
proses
və
ya
fəaliyyətin
gerçəkləşdiriciləri. Bəzən mexanizmlər resurslar kimi
istifadə edilir;
•
Nəzarət (idarəetmə) –
girişin nəticəyə çevrilməsi
ardıcıllığını tənzim və təyin edən amillər.
IDEFO standartının blok diaqramı şəkil 12-də verilmişdir.
Bu diaqramdakı oxların istiqaməti prinsipial əhəmiyyət
daşıyır.