Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə58/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 93 ____________________________ 
Verilənlərin axını modeli. Sənəd dövrüyyəsi modeli 
sənədlərin hərəkətini, şöbədən-şöbəyə fiziki hərəkətini
tirajlaşdırılmasını (nüsxələşdirilməsini) və s. əks etdirir. 
Kompüterləşdirilmiş informasiya sistemlərindən istifadə edilən 
hallarda bu sənədlərin bir hissəsi elektron variantında emal 
edilir. Bu halda çoxaltma, redaktəetmə tamamilə başqa 
xarakter alır. Verilənlərin axını modelində verilənlər üzərində 
aparılan əməllər və onların saxlanması əsasdır. Lakin saxlayıcı 
mühitin (yaddaşın) fiziki xarakteristikaları bu modeldə aktual 
deyildir. Yəni bu model verilən üzərində aparılan əməli təsvir 
edir. Bu əməlin əl ilə, yaxud kompüterdə icrası vacib deyildir. 
Verilənlərin axını modelinin əsas vəzifəsi verilənlərin 
hərəkətinin məntiqi sxemini qurmaqdır. Lakin bir səviyyədə 8-
9 prosesdən artıq dərk etmək çətindir. Ona görə də iyerarxik 
qaydada ardıcıl xırdalaşdırma tətbiq edilir. Bu modeldə əks 
etdirilən verilənlərin saxlanması strukturu “mahiyyət-əlaqə” 
konstruksiyasının təməlini təşkil edir. 
Sənəd dövrüyyəsi modeli. Bu tip modellərin əsas ideyası 
budur ki, sənədlərin əksəriyyəti eyni üsulla emal edilir. 
Buraya: sənədin doldurulması, tirajlaşdırılması, müqayisə 
edilməsi, çeşidlənməsi və s. kimi əməliyyatlar aiddir. Bu model 
sənədin “ömür yolunu” (Boş blank halından arxivə verilən 
momentə qədər keçdiyi yolu) təsvir edir. Bu model göstərir ki, 
hansı sənəd hansı şöbəyə nahaq ötürülür, sənəd ötürülüşündə 
hansı lazımsız təkrarlanan əməllər icra edilir və s. 
Elektron sənəd dövrüyyəsi bu cür nöqsanları aradan 
qaldırır. 
Modellərin əlaqəsi. Yuxarıda bəhs edilmiş modellərin 
hamısı bir-biri ilə qarşılıqlı əlaqəlidir. Çünki bunların hamısı 
eyni təşkilatı müxtəlif tərəflərdən əks etdirir.



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin