MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 86 ____________________________
Belə ki:
•
Müəssisədə olduqca çox sənəd olur, bunların arasından
lazımlıları seçmək müşgül məsələdir;
•
Sənədlərdə keçmiş dövrə aid lazımi informasiya olmaya
bilər. Çünki sənəd formaları
tez-tez dəyişdirildiyindən
təzə formatda köhnə informasiya əks etdirilməyə bilər.
Buna baxmayaraq, sənədlərin icmalı vacib informasiya
mənbəyidir.
Müşahidə mövcud iş üslubunun nöqsanlarını
aşkara
çıxarmaq üçün vacib informasiya mənbəyidir. Müşahidə
prosesin necə getməli olduğunu deyil, necə getdiyini göstərir.
Lakin müşahidə aparmağın da müəyyən çətinlikləri vardır.
Əvvəla, müşahidə çox böyük xərc tələb edir. İkincisi də, adi
halda işçi bir cür, müşahidə altında başqa cür davrana bilir.
Buna baxmayaraq,
müşahidə prosesi üzdən, yuxarıdan
deyil, daxildən, yaxından izləməyə imkan verən lazımlı
metoddur.
Beyin hücumu. Bu metod mövcud problemin müzakirə
edilməsi və yeni ideyalar axtarışı zamanı tətbiq edilir. Burada
bir qrup adam iştirak edir. Bir seansda
şirkət fəaliyyətinin
müxtəlif cəhətləri müzakirə edilə bilir. Beyin hücumu çox
dinamik metoddur. Qısa müddətdə çox qiymətli ideyalar
ortaya çıxara bilir.
Dostları ilə paylaş: