Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


TƏŞKİLATIN FƏALİYYƏTİNİN TƏSVİRİ



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə50/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

TƏŞKİLATIN FƏALİYYƏTİNİN TƏSVİRİ 
 
Ümumi idarəetmə mövqeyindən müəssisənin fəaliyyətinin 
strateji səviyyədə təsviri şirkətin qarşısında duran əsas 
məsələnin ümumi qoyuluşundan ibarətdir. Sonra şirkətin 
fəaliyyətinin iyerarxik dəqiqləşdirilməsini əks etdirən 
modelləşdirmə prosesi həyata keçirilir. Bu mərhələ analitik və 
idarəetmə işlərinin aparılması üçün təməl rolunu oynayır. 
Bundan sonra proseslərin idarə edilməsi metodları, yəni, 
məhsulun qiymətliliyinin idarə edilməsi, nəzarətin idarə 
edilməsi sistemi və məhsulun dəyərinin idarə edilməsi 
metodları gəlir. 
Məhsulun qiymətliliyinin idarə edilməsi zamanı biznes-
prosesin reinjirinqinin (Biznes-proseslərin reinjirinqi dedikdə, 
məhsuldarlıq və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması 
yolunda ciddi irəliləyişə nail olmaq məqsədi ilə təşkilatın əsas 
biznes-proseslərinin və ya digər biznes-vahidlərin yenidən 
qiymətləndirilməsi, təhlili, modelləşdirilməsi, identifikasiya 
edilməsi və sonra dəyişdirilməsi prosesi başa düşülür. Biznes-


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 79 ____________________________ 
proseslərin reinjirinqi həmişə müəyyən istiqamətə, dəqiq son 
məqsədə: xərclərin azaldılmasına, mənfəətin artırılmasına, key-
fiyyətin yüksəldilməsinə və s. yönəlmiş olur) əsasları göstərilir. 
Nəzarətin 
idarə 
edilməsi 
sistemi 
fəaliyyətin 
tarazlaşdırılmış göstəricilərinin köməyi ilə müəssisənin 
idarəedilməsi sistemini təsvir edir. 
Məhsulun dəyərinin idarə edilməsi zamanı xərclərin idarə 
edilməsinin əsas formaları önə çəkilir və müəssisənin idarə 
edilməsi üçün informasiya təməli yaradılır. 
Bütün bu proseslər kompüterləşdirilmiş tamfunksional 
informasiya sistemlərinin fəaliyyəti şəraitində uğurla həyata 
keçirilir. 

Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin