MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 75 ____________________________
İNFORMASİYA SİSTEMLƏRİ VƏ
İDARƏETMƏ
MÜƏSSİSƏNİN İDARƏ EDİLMƏSİNİN TƏŞKİLİ
Müasir şirkətlərin idarə edilməsində informasiya
texnologiyalarından geniş istifadə edilir.
Müəssisənin idarə
edilməsinin bir-birinə qarşılıqlı təsir edən 2 tərəfi vardır:
müəsisənin idarə edilməsi prinsipləri və informasiya
texnologiyaları. Müəssisənin idarə edilməsinin müasir
metodları daha mükəmməl texnoloji həllər tələb edir.
Digər
tərəfdən də, texnologiyaların bu günkü səviyyəsi müəssisə
menecmenti üçün yeni imkanlar açır. Müəssisənin idarə
edilməsi və informasiya texnologiyaları informasiya sistemləri
ilə sıx əlaqədardır.
İndi də informasiyanın quruluşunu idarəetmə baxımından
nəzərdən keçirək. Bəlli olduğu kimi, informasiyanın bir hissəsi
idarəetmə işçilərinin nəzarəti altındadır
və qərar qəbulunda
həmin
nəzarətedilən
informasiyadan
istifadə
edilir.
İnformasiyanın müəyyən hissəsi diqqətdən kənarda qalır və
bu informasiya qərar qəbulunda istifadə edilmir. Halbuki qəbul
edilən qərarın keyfiyyətinin yüksəldilməsində həmin
informasiyadan istifadə edilməsi xeyli faydalı ola biləndir.
Odur ki, idarəedici işçi heyətinin çox mühüm vəzifələrindən
biri
qəbul edilən qərarda
nəzarətedilən informasiyanın xüsusi
çəkisinin artırılmasından ibarətdir.
Zəruri verilənlərin əldə edilməsi üsullarından biri
kompüterləşdirilmiş informasiya sistemlərinin satın alınıb
müəssisədə
quraşdırılmasıdır.
Lakin
bundan
əvvəl
aydınlaşdırılmalıdır ki, rəhbərliyi hansı hesablama üsulu qane
edir. Əgər rəhbərlik ənənəvi yazı-posuya üstünlük verirsə, bu