MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 72 ____________________________
sahəsində
informasiya
texnologiyaları
ilə
funksional
altsistemlər (FUNAS) və proqram əlavələri ilə həmsərhəddir.
Göstərək ki, informasiya texnologiyaları ilə funksional
altsistemlər arasında real sərhəd tapmaq o qədər də asan
deyildir.
Telematik sistemlər şirkətin obyektlərindəki istehsal
tsikllərinə məsafədən nəzarət etmək üçündür. Bu sistemlər
funksional altsistemlər üçün neft hasilatı və quyuların
vəziyyəti barədə informasiya təqdim edir. Telematik sistemlər
məhdudimkanlı mexaniki sistemlərdir. Bunlarda “intellekt”
elementi yoxdur. Lakin telematik sistemlər qəzaları qabaqlaya,
neft quyularını dayandıra və yenidən işlədə bilir.
İstehsal tsiklinin optimallaşdırılması sistemləri geoloqlar
və texnoloqlar tərəfindən avadanlığın operativ idarə edilməsi
və işinin dəstəklənməsi üçün istifadə edilir. Bu sistemlər Qərar
qəbulunu dəstəkləyən sistemlərə lazım olan bütün
məlumatları: - neft yataqlarının vəziyyəti və quyulardan daxil
olan neft və su qarışığının quruluşu barədə məlumatları, neft
hasilatı və emal məhsulları haqqında məlumatları verir və xam
nefti benzinə, mazuta, yağa çevirən emal prosesi üçün
optimal struktur təklif edir.
Haqqında bəhs edilən bu iki sistem texnoloji proseslərin
avtomatlaşdırılmış idarəetmə sisteminin (TP AİS-in (Maraqlıdır
ki, AİS termini ERP ilə, Müəssisə AİS-i MRPII ilə əvəzlənsə də,
TP AİS termini olduğu kimi saxlanmışdır) tərkib hissələridir.
Neft sahəsində Texnoloji proseslərin avtomatlaşdırılmış
idarəetmə sistemi bütün informasiya sistemlərinin hamısından
həm çox xidmətedici işçilər, həm də çox xərc tələb edir. Şəkil
11-dən
göründüyü
kimi,
Texnoloji
proseslərin
avtomatlaşdırılmış idarəetmə sistemi korporativ informasiya
sistemlərinin bütün texnoloji və tətbiqi fəaliyyət səviyyələrinə