MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 67 ____________________________
biznesə yönəlmişdir. Çünki bunların hər biri məhz
bürada liderlik edəcəyini düşünməkdədirlər. Eyni
zamanda, aşağıdan təzyiq hissediləcək səviyyəyə
çatmışdır. Belə ki, nisbətən yığcam və ucuz sistemlər
istehsalşıları bazara daha güclü axın yarada bilmişlər;
•
Kiçik biznes üçün təklif edilən sistemlər ucuz və
sadə olmaları ilə fərqlənirlər. Bunlar, adətən, məhdud
saylı (bir və ya iki) funksiyalar icra edən sistemlərdir.
Əsas diqqət İnternet-texnologiyadan istifadə etməklə,
müştərilərlə münasibətlərin fərdiləşdirilməsinə verilir.
Təhlilin nəticələri göstərmişdir ki, baxılan sistemlər
funksionallıq baxımından natamamdır. Bu, onların ən mühüm
nöqsanıdır. Çünki, şirkətlərə müştərilərlə qarşılıqlı münasibət-
lərin idarə edilməsi sisteminin imkanlarından tam şəkildə
istifadə etmək imkanı vermir. Buna görə də müasir bazarın
tələblərinə cavab verən yeni sistemlərin yaradılması üçün
metod və vasitələrin tədqiqi və işlənib hazırlanması həm elmi-
nəzəri baxımdan, həm də praktiki cəhətdən olduqca aktualdır.
Beləliklə, müasir müəssisə “Müştərilərlə qarşılıqlı
münasibətlərin idarə edilməsi sistemləri” qarşısında qoyulan
vəzifələr çərçivəsində marketinqin təşkili və marketinq
tədqiqatlarının aparılması, bölgü və satış, qiymətin əmələ
gəlməsi, yeni məhsul buraxılışına hazırlıq və s. kimi marketinq
funksiyalarının reallaşdırılmasının daha səmərəli yollarını
axtarmaq problemi ilə üzləşmişdir.
İnformatlaşdırma
şəraitində
marketinq-menecment
əsasında qurulan marketinq strategiyası ön plana keçir.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 68 ____________________________