Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə49/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 77 ____________________________ 
Beləliklə, 
idarəedici informasiya dedikdə, təkcə istehsal 
xarakterli informasiya deyil, həm də “müəssisə ətrafı” 
informasiya və müəssisənin fəaliyyət göstərdiyi iqtisadi mühit 
barədə olan informasiya nəzərdə tutulur.
Müəssisənin fəaliyyət göstərməsinə təsir edən bütün 
informasiya diqqət mərkəzinə çəkilməlidir. Bu informasiyanın 
bir hissəsi qeydə alınmış idarəedici informasiya sahəsinə 
daxildir. İstifadə edilən proqram təminatı əlçatan informasiya-
nın təqdimat keyfiyyətini yaxşılaşdırsa da, onun genişliyini 
artıra bilmir. Bu genişlik nəzarət edilən daxili və xarici 
informasiya genişliyidir ki, bunun da artırılması üsulu 
yeni 
məsələ həllindən ibarətdir. Yeni məsələ dedikdə, mövcud 
informasiya sistemləri çərçivəsində və ya mövcud informasiya 
texnologiyaları ilə həlli mümkün olmayan məsələ nəzərdə 
tutulur. 
MÜƏSSİSƏNİN İDARƏ EDİLMƏSİ 
 
Müəssisənin 
idarəedilməsi 
dedikdə, 
müəssisə 
fəaliyyətinin iqtisadi və sosial ətraf mühitdə baş verən 
dəyişiklilər nəzərə alınmaqla təşkil edilməsi başa düşülür. 
İdarəedici işçi heyəti maliyyə, əmək və material resurslarını 
elə paylamalıdır ki, nəzərdə tutulan məqsədə çatmaq mümkün 
olsun. İdarəetmənin vəzifəsi daxili və xarici prosesləri 
izləməkdən və onlara reaksiya verməkdən ibarətdir ki, baş 
vermiş iqtisadi-sosial dəyişikliklər müəssisənin inkişafı üçün 
istifadə edilsin və müəssisəyə ziyan vurmasın. Bunun üçün 
idarəedici heyət lider keyfiyyətinə malik olmalıdır, situasiyanı 
proqnozlaşdıra bilməlidir, daim dəyişən vəziyyətlərdə müəs-
sisəni hökmən işlək vəziyyətdə saxlamalıdır. 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 78 ____________________________ 
Müəssisədə idarəetmə məsələləri səviyyələr üzrə 
fərqlənirlər. 
Yüksək səviyyə idarəediciləri uzunmüddətli 
strateji qərarlar qəbul edirlər və fəaliyyətin prinsipial 
baxımdan həmin qərarların icrasına yönəldilməsini izləyirlər. 
Orta səviyyə idarəediciləri yüksək səviyyədə qəbul edilmiş 
qərarları reallaşdırırlar. 
Operativ səviyyə idarəediciləri 
müəssisədə işlərin cari vəziyyətinə cavab verirlər. Bu 
səviyyələrin hər birində işləyən idarəedicilərin hər biri üçün 
müxtəlif növ informasiya tələb olunur ki, bunun da böyük bir 
qismi emaldan alınmış nəticə informasiya deyil, müəssisə 
fəaliyyəti barədə ilkin informasiyadır. 

Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin