MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 81 ____________________________
MÜƏSSİSƏ MODELLƏRİ SİSTEMİ
Şirkətin
bazar
davranışı
strategiyasının
işlənib
hazırlanmsı fəaliyyətin təşkilinin birinci addımıdır. İkinci addım
strategiyanın praktiki olaraq həyata keçirilməsidir. Bundan
ötrü müəyyən tapşırığı müəssisənin
hər bir bölməsinə və
sahəsinə çatdırmaq və həmin tapşırığın icrasını izləmək
lazımdır.
SİSTEM TƏHLİLİNİN ELEMENTLƏRİ
Müəssisənin
fəaliyyəti dedikdə, çoxsaylı amillərin təsiri
altında baş verən poseslər yığımı başa düşülür.
Müəssisənin
modelləşdirilməsi dedikdə, çoxsaylı
azəhəmiyyətli amillərin
təsiri sərfnəzər edilərək, daha vacib elementlərin imitasiyası
nəzərdə tutulur. Lakin iqtisadi fəaliyyətin
modelləşdirilməsi
zamanı heç bir amilin təsirini diqqətdən kənar qoymaq doğru
deyildir. Bəzən azəhəmiyyətli amillər hadisələrin gedişinə
əhəmiyyətli təsir göstərə bilir.
Buna görə də müəssisələrin
modelləşdirilməsi zamanı sistem yanaşması prinsiplərinə
xüsusi diqqət yetirmək tələb olunur.
Çünki bu yanaşma
sistemin ayrı-ayrı hissələrinin öz aralarında və ətraf mühitlə
qarşılıqlı əlaqədə olduğunu nəzərdə tutur.
Sistem yanaşması
informasiyanın hərəkət etdiyi bütün altsistemləri və modulları,
həmçinin həmin informasiyanın emalı ardıcıllığını bitkin şəkildə
təsvir edir. Sistem yanaşması təşkilatın
strukturu və
davranışının təsviri üçün də geniş istifadə edilir.
Sistem təhlilinin əsas anlayışları: sistem, əks-əlaqə, ətraf
mühit və sinergetik effektdir.