MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 82 ____________________________
Sistem dedikdə, müəyyən məqsədin reallaşması üçün
birgə işləyən qarşılıqlı əlaqəli elementlər yığımı başa düşülür.
Ayrı-ayrı elementlər bir-biri ilə əlaqəli olduqlarından, bir
elementdə baş verən dəyişiklik digər elementlərin dəyişilməsi-
nə səbəb olur. Bu xassə qarşılıqlı asılılıq adlanır. Sistemdəki
asılılıq müxtəlif dərəcəli ola biləndir: sıx əlaqəli elementlər var,
seyrək əlaqəli elementlər var, əlaqəli olmayan elementlər var.
Bir-biri ilə əlaqədar olan iki sistem arasında intensiv
informasiya, məhsul və s. mübadiləsi baş verir. Bu əlaqələrin
pozulması sistemin işində imtinalara səbəb ola bilir.
Əks-əlaqə dedikdə, sistemin çıxışı ilə girişi arasında
mövcud olan əlaqə nəzərdə tutulur. Çıxışda arzu edilən
nəticədən kənarlaşma baş verdikdə, girişə düzəlişedici
informasiya (təsir) ötürülür.
Ətraf mühit. Sistem tam izolyasiyada fəaliyyət göstərə
bilmir. O, həmişə ətraf mühitlə təmasda fəaliyyət göstərir.
Ətraf mühit dedikdə, sistemin əlaqədar olduğu sistem və ya
sistemlər, ya da ayrıca agent nəzərdə tutula bilər. Sistem
ətraf mühitdən sərhədləri ilə ayrılır. Sistemin nəzarəti altında
olanların hamısı sistemə daxildir, onun tərkib hissələridir.
Sistemin nəzarətindən kənar olanlar onun tərkibinə daxil
olmadıqlarından, ətraf mühit hesab edilir. Sistemin sərhədləri
sabit deyil, dəyişə biləndir. Ətraf mühitlə əlaqə də müxtəlif
intensivlik səviyyəsi nümayiş etdirə biləndir. Bu baxımdan,
sistemlər iki qrupa bölünür:
açıq və qapalı sistemlər.
Sinergetik effekt dedikdə, sistemin öz tərkib hissələrinin
cəmindən böyük olması nəzərdə tutulur. Ayrı-ayrı hissələr
birləşdirildikdə, onların heç birinə xas olmayan yeni xassə
yaranır ki, bu da sinergetik effekt adlanır. Ayrı-ayrı sistemlər
ayrılıqda əldə edə bilmədikləri nəticəni birgə fəaliyyət