Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə57/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 90 ____________________________ 
Şəkil 12. IDEFO standartının blok diaqramı 
Dekompozisiya 
edilmiş 
(parçalanmış) 
diaqramlar 
təşkilatın iyerarxik səviyyələr üzrə necə bölündüyünü təsvir 
edir (şəkil 13).
IDEFO standartı ilə model qurularkən aşağıdakı əsas 
qaydalar gözlənilməlidir: 

1.Dekompozisiya edilmiş (parçalanmış) diaqram 
qurularkən “valideyn” diaqramın bütün girişləri və 
çıxışları əks etdirilməlidir. İyerarxiyanın hər bir 
səviyyəsində (1-ci səviyyə istisna olunmaqla) 3-dən 6-
ya qədər blok olmalıdır. Əgər blokların sayı 3-dən 
azdırsa, onları başqa prosesin tərkibində vermək 
lazımdır. Blokların sayı 6-dan çox olduqda onları 
konsolidasiya 
(Konsolidasiya 
– 
möhkəmlənmə, 
qüvvətlənmə, birləşmə) etmək lazımdır. 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 91 ____________________________ 

2.Prosesin adı isimdən və feildən ibarət olmalıdır. 

3.Prosesin blokları soldan-sağa və yuxarıdan-aşağı 
yerləşdirilməlidir. 

4.Hər bir ox adlandırılmalıdır. 

5.Proses təsvir edilərkən baxış aspekti və məqsəd 
təsvir edilməlidir. 
Şəkil 13. Dekompozisiya diaqramı
Müəssisənin 
fəaliyyətinin 
dekompozisiyası 
adətən 
aşağıdakı səviyyələr üzrə aparılır:

Müəssisə; 

Funksiyalar; 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 92 ____________________________ 

Proseslər; 

Fəaliyyət; 

Tapşırıqlar; 

Addımlar. 
Funksiyalar müəssisə fəaliyyətinin ən iri təsvir vahidi 
olub, işlər axınından ibarətdir. Aşağı səviyyədə proseslər 
fəaliyyətlərə parçalanır. Sonra fəaliyyətlər tapşırıqlara, 
tapşırıqlar isə addımlara parçalanır. Nəticədə iyerarxiya ağacı 
alınır. 
Menecment nəzəriyyəsində prosesə biznes-proses deyilir.
Biznes-proses - bir və ya bir-neçə əlaqəli iş və ya 
prosedurdur ki, bunlar da birlikdə verilmiş təşkilati struktur 
çərçivəsində müəyyən istehsal və qeyri-istehsal fəaliyyətini 
reallaşdırmaq məqsədi güdür. 
Hər bir biznes-proses aşağıdakı elementlərdən təşkil 
edilir: 

S
əmərəlilik göstəricisi – prosesin nəticəsinə ədədi 
qiyməti vermək üçün istifadə edilən kəmiyyətdir. 
Adətən, dəyər, zaman və ya keyfiyyət vahidlərində 
ifadə edilir; 

Çıxış – müəssisənin daxilində və ya xaricində olan 
proses “alıcısına” təqdim edilən nəticədir; 

Proses – “girişi” “çıxışa” çevirmək üçün tətbiqi lazım 
olan fəaliyyət, işlər və ya prosedurlardır; 

Giriş – “çıxışı” formalaşdırmaq üçün prosesin istifadə 
etdiyi informasiya, verilənlər, materiallardır; 

Proses sahibi – prosesin icrasının nəticəsinə cavab 
verməli olan təşkilati vahiddir.
Funksional modelin çıxışında məhsulun istehlak dəyərinin 
artırılması modeli alınır. Bu model müştərilərə təklif edilən 
məhsul və xidmətlər toplusunu əks etdirir. 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin