“Verilmiş nöqtələrin koordinatı:” cümləsi yarımçıqdır. Bunun əvəzinə dərsliyin rus
dilində olan variantına uyğun olaraq cümlənin “Şəkildə göstərilən (qeyd olunan)
nöqtələrin koordinatları belə yazılır:” kimi verilməsi məqsədəuyğundur.
Səhifə 77-də “Ədədin modulu (mütləq qiymət)” mövzusunda ədədin
modulunun tərifi – “Hesablama başlanğıcından a ədədini göstərən nöqtəyə qədər
olan məsafəyə a ədədinin modulu (mütləq qiyməti) deyilir və a kimi işarə
olunur” riyazi baxımdan düzgün verilməmişdir. Həmin tərifin “Koordinatı a-ya
bərabər olan nöqtədən hesablama başlanğıcına qədər olan məsafəyə a ədədinin
modulu (mütləq qiyməti) deyilir və a kimi işarə olunur” kimi verilməsi daha
düzgündür.
Dostları ilə paylaş: |