Səhifə 102-də “Oxşar toplananların islahı” mövzusunun izahında oxşar
ifadələr üçün verilmiş “Yalnız əmsallarına görə fərqlənən hərfi ifadələr oxşar
ifadələrdir” tərifi düzgün deyil. Çünki –3ab ifadəsi özü ilə də oxşardır.
Səhifə 103-də “Tənlik” mövzusunda daha bir xassənin – “Tənliyin hər iki
tərəfini sıfırdan fərqli eyni bir ədədə vursaq və ya bölsək tənliyin kökü dəyişməz”
verilməsi məqsədəuyğun hesab edilir. Tənliyin hədləri haqqında verilmiş xassədə
“Bərabərliyin hər hansı həddinin” ifadəsinin işlənməsi elmi səhvdir. Həmçinin
“həddinin” sözünün “həddin” kimi yazılmalıdır. Mövzunun izahında “tənlikdə hər
iki tərəfin yerini dəyişsək onunla eynigüclü tənlik alınar” xassəsi verilməmişdir.
Ancaq MMV-də səhifə 135-də 9-cu tapşırığın izahında bu xassə tətbiq olunmuşdur.
Dostları ilə paylaş: |