Səhifə 162-də “Diaqram” mövzusunun izahında temperaturun zamandan
asılılığı xətti diaqram kimi adlandırılmışdır. Lakin xətti diaqram haqqında məlumat
verilməmişdir. Həmçinin burada verilmiş “Dairəvi diaqram”ın izahı da korrekt
deyil.
Səhifə 166-da verilmiş “Ədədi orta, moda və median” mövzusu demək olar ki,
4-cü və 5-ci sinif dərsliklərində olduğu kimi izah edilmişdir. Eyni mövzunun üç
sinfin üçündə də eyni tərzdə izah edilməsi məqsədəuyğun hesab edilmir. 6-cı sinif
dərsliyində bu izah tam ədədlər çoxluğu üçün verilməli idi.
Səhifə 171-də ikinci abzasda təsadüfi hadisəyə verilən tərif korrekt deyil.
Dostları ilə paylaş: |