Səhifə 198-də “Sadə ədədlər cədvəli”ində verilmiş “Sonra 2-ni və onun
bölünənlərini, 3-ü və onun bölünənlərini, 5-i və onun bölünənlərini və s.
silmişdir” fikri səhvdir. Cədvəldən 2, 3 və 5-i silmək olmaz. Çünki onlar özü sadə
ədədlər olduğundan cədvəldən silinməməlidir.
2. Dil və yazı üslubu baxımından
Dərslikdə verilmiş təlim materialı əsasən dil və yazı üslubu baxımından
şagirdlərin yaş səviyyəsinə uyğun olmaqla sadə şəkildə verilmişdir.
Səhifə 5-də 9-cu tapşırıqda verilmiş “1500 kq yük tutumu olan” ifadəsinin
“yük tutumu 1500 kq olan” kimi yazılması məqsədəuyğun olar.
Səhifə 6-da 2-ci tapşırıqda verilmiş “5 avtobus” ifadəsi “5 avtobusda” kimi
yazılmalıdır.
Yenə həmin səhifədə 12-ci tapşırığın mətnində “Üç ədəd rəngli qələm”
ifadəsinin əvəzinə “Üç eyni qələm” verilməsi daha doğru olar.
Dostları ilə paylaş: |