Səhifə 30-da “Kəsrlərin vurulması” mövzusunda verilmiş 2-ci qaydada “tam
ədəd” deyil, “natural ədəd” olmalıdır. Çünki “tam ədəd” anlayışı hələ şagirdlərə
məlum deyil və onlar bu anlayışla dərsliyin 75-ci səhifəsində tanış olacaqlar.
Həmçinin izahda misal nümunəsinə uyğun olaraq “İki kəsrin hasili ixtisar olunan
kəsrdirsə, surət və məxrəcdəki hasilləri hesablamazdan əvvəl ixtisar etmək lazımdır”
fikrinin sözlə qeyd edilməsi tövsiyə olunur. Eyni tövsiyəni səhifə 32-də verilmiş
“Qarışıq ədədlərin vurulması” mövzusuna da aid etmək olar.
Səhifə 33-də qarşılıqlı tərs ədədlərin tərifi – “Hasili 1-ə bərabər olan
ədədlərə qarşılıqlı tərs ədədlər deyilir” düzgün deyil. Bu tərifə görə, məsələn,
hasili 1-ə bərabər olan
3
8;
4
və
6
1
ədədləri, həmçinin bu şərti ödəyən istənilən sayda
ədədlər də qarşılıqlı tərs ədədlərdir. Bu isə doğru deyil. Çünki qarşılıqlı tərs ədədlər
dedikdə, hasili 1-ə bərabər olan yalnız iki ədəd başa düşülür. Odur ki, tərif “Hasili 1-ə
bərabər olan iki ədədə qarşılıqlı tərs ədədlər deyilir” kimi verilməlidir. Digər
tərəfdən, vahidin tərsi haqqında mövzunun izahında və çalışmalarda heç nə
verilməmişdir. Həmçinin mövzuda qarışıq ədədin tərsinin tapılmasına aid nə misal
nümunəsi, nə də izahat yoxdur.
Dostları ilə paylaş: |