Səhifə 45-də “Tənasüb” mövzusunda “Tənasübün kənar hədlərinin və ya orta
hədlərinin yerini dəyişdikdə yenə tənasüb alınır” xassəsi verilməmişdir. Bu xassə isə
çox böyük praktik əhəmiyyətə malikdir və səhifə 46-da verilmiş 11-ci məsələnin
həlli MMV-də (səh. 54) məhz bu xassəyə əsaslanaraq izah olunmuşdur. Mövzuda
“Tənasübün əsas xassəsi” qayda və düstur şəklində verilmişdir. Halbuki bu xassəni
verməzdən əvvəl misal nümunələri verilməli idi.
Səhifə 46-da 2-ci və 3-cü tapşırığın şərtində “tənasüb”, 11-cidə isə “doğru
tənasüb” ifadəsi verilmişdir. Belə çıxır ki, ya 2-ci və 3-cü, ya da 11-ci tapşırığın şərti
düzgün deyil. Çünki əgər “doğru tənasüb” varsa, onda “doğru olmayan tənasüb” də
var. Əslində isə tənasüb doğru bərabərlikdir, doğru olmayan bərabərliyə tənasüb
demək olmaz. 11-ci tapşırıqda verilmiş “doğru tənasüb” ifadəsi tənasüb haqqında
yanlış fikirlər formalaşdırır.
Dostları ilə paylaş: |