Səhifə 134-də (dərs 7-9) “Tənlik” mövzusu üzrə tərəzi nümunələri əsasında
nəzərdə tutulan üsulla (dərslikdə bu üsul əsasında tənliyin həlli üsulu alınmayıb)
verilmiş tənliyin həlli üçün istifadə edilən belə lazımsız üsulun heç bir əlaqəsi
yoxdur. Əslində burada problemin həlli yox, həlli görünməyən yeni problem
yaradılmışdır. Həmçinin, burada əlaqəsiz fikirlər işlədilir. Müəlliflər tənliyin həlli
zamanı onun hər hansı həddini “=” işarəsinin bir tərəfindən digər tərəfinə keçirilməsi
qaydasını vermək istəsələr də ona nail olunmamışdır. Bunun üçün isə istifadə olunan
üsul metodiki cəhətdən səhvdir.
Dostları ilə paylaş: |