məqsədəuyğun deyil. Bu anlayış həm burada, həm də dərslikdə normal şəkildə daxil
39
yaradılmamışdır. “
Riyazi ifadələr necə yazılır və oxunur?” kimi suala problem
qoyuluşu demək metodiki səhvdir. Tapşırıqların icrası isə tədqiqat işi hesab oluna
bilməz. Həmçinin, “Dərsin gedişi”ndə verilmiş “rəqəmlər, işarələr dili” kimi
termin yoxdur.
Səhifə 127-də (dərs 2) “Əmsal” mövzusu üzrə dərsin təşkilində müəllimlərə
“İş
üsulu: beyin həmləsi, müzakirə” üsullarından istifadə olunması tövsiyə edilir.
Məlumdur ki, bu zaman bütün sinif hər hansı bir problemin həllinə cəlb edilir və
əvvəlcədən planlaşdırılmış qısa zaman müddətində lazımi məlumatlar əldə edilir.
Burada istifadə edilən suallar əsasında isə belə bir vəziyyətin yaradılması mümkün
deyil. “Tədqiqatın aparılması” hissəsində isə şagird səviyyəsində, lazımsız
tövsiyənin verilməsi müasir dərsin tələbləri baxımından və metodiki cəhətdən düzgün
deyil.
Səhifə 128-də 1-ci abzasın son cümləsi yarımçıqdır.
Dostları ilə paylaş: