Səhifə 94-də 1-ci tapşırıqda “–18” deyil, “+18” yazılmalıdır.
Səhifə 96-da çalışma 11-in izahı qüsurlu olmaqla yanaşı, həmçinin “saat əqrəbi
istiqamətində” və “saat əqrəbinin əksi istiqamətində” kimi ifadələr düzgün deyil
(bu ifadələr dərslikdə də (səh.74) eyni formada verilmişdir). Əslində isə həmin
ifadələr “saat əqrəbi hərəkəti istiqaməti” və “saat əqrəbi hərəkətinin əksi istiqaməti”
kimi olmalıdır.
Səhifə 97-də verilmiş iş vərəqində göstərilmiş nöqtələrdən 3-nün koordinatı
mənfi kəsr ədəddir ki, bu da hələ öyrədilməyib:
a) soldan ikinci nöqtənin koordinatı –1,5;
c) soldan birinci, ikinci və üçüncü nöqtələrin koordinatları uyğun olaraq –22,5;
–17,5 və –2,5-dir.
Dostları ilə paylaş: |