Səhifə 129-da (dərs 3-4) “Mötərizələrin açılması” mövzusu üzrə dərsin
nəticəsi “Problemin qoyuluşu”ndan asılıdır. Məlumdur ki, problem ümumi şəkildə
qoyulmalıdır, xüsusi hal üçün problem qoyuluşu elmi-metodiki cəhətdən düzgün
deyil. Sual olunur: verilmiş ifadələrdə olan mötərizələrin açılması ilə bağlı qaydaları
şagirdlər haradan bilirlər ki, verilmiş ardıcıllıqla mötərizələri açır və hesablayırlar?
Bu şəkildə qoyulmuş problem və göstərişlər əsasında şagirdlərdən nəticənin alınması
mümkün deyil. Əvvəla, burada birinci abzasdan başlayaraq verilmiş cümlədə fikir
aydın deyil. İkincisi, “Tədqiqat sualı” ilə ondan sonra verilənlər arasında heç bir
əlaqə yoxdur. Orada verilənlər isə tədqiqat deyil, aidiyyatı olmayan göstərişlərdir.
Nəhayət, dərslikdə verilmiş 1-7-ci tapşırıqların icrası tədqiqat işi deyil. Onların icrası
öyrənilmiş biliklərin möhkəmləndirilməsinə xidmət edir. Həmçinin, ikinci abzasda
“və ya” bağlayıcısının düzgün işlənməməsi məntiqi səhvə gətirir.
Dostları ilə paylaş: |