11
“Biologiyanın sahələri” başlığının çıxarılması tövsiyə edilir. Çünki biologiya
elminin sahələri çoxdur. Burada isə onun bəzi sahələri göstərilmişdir.
Səhifə 32. “Fəaliyyət 1” bölməsində “Bakteriya” şəklinin dəyişdirilməsi
tövsiyə edilir. Çünki onun qılafında çoxlu sayda kirpiklərə oxşar çıxıntılar
göstərilmişdir. Bakteriyalarda isə hərəki orqanoidlər - kirpiklər olmur, onlara oxşar
pililər və ya fimbrilər (yapışma orqanoidlər) olur.
Səhifə 53. Şəkildə meyvəyanlığı düzgün göstərilməmişdir. Çünki çəyirdək
meyvəyanlığının daşlaşmış daxili hissəsidir. Şəklə əsasən şagirdlərdə elə təsəvvür
yarana bilər ki, çəyirdək toxumun müstəqil bir hissəsidir.
Çəyirdəkmeyvələrdə
meyvəyanlığı üç hissədən təşkil olunur: nazik qabıqdan, şirəli lətdən və çəyirdəkdən.
Ona görə də meyvəyanlığının üç oxla göstərilməsi tövsiyə edilir.
Səhifə 62. Yarpağın daxili quruluşuna aid verilmiş şəkildə yarpağın (ayasının)
demək olar ki, bütün toxumaları, o cümlədən dəriciyin şəffaf hüceyrələri yaşıl rənglə
boyanmışdır. Halbuki dəricik hüceyrələrində yalnız ağızcıq hüceyrələri yaşıl rəngli
olur.
Dostları ilə paylaş: