Müəllim
şəxsiyyətinə
verilən
psixoloji
tələblər.
Müəllim şəxsiyyəti onun peşə fəallığının mənbəi və
hərəkətverici qüvvəsidir. Ona görə də müəllim əməyində onun
şəxsiyyəti aparıcı yerlərdən birini tutur. Müəllim şəxsiyyəti
lazımi səviyyədə formalaşmazsa cəmiyyətin onun qarşısında
qoyduğu sosial sifarişi həyata keçirə bilməz. Axı xalq müəllimi
gənc şəxsiyyətin mənəvi aləminin memarı, cəmiyyətin etibar
etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini -
uşaqları, öz ümüdini, öz gələcəyini müəllimə etibar edir.
Müəllim isə cəmiyyətin bu “qiymətli sərvətini” pedaqoji
fəaliyyət prosesində yetişdirir, cəmiyyət üçün bir yararlı
vətəndaş kimi formalaşdırır. Ona görə də gənc şəxsiyyəti
formalaşdıran müəllimin öz şəxsiyyəti yüksək şəkildə
formalaşmalıdır.
Pedaqoji fəaliyyətin müvəffəqiyyəti üçün hər bir müəllim
təbiət və cəmiyyət haqqında dərin biliklərə yiyələnməklə,
yüksək inam, yüksək ideyalılığa görə fərqlənməklə yanaşı bir
sıra mühüm keyfiyyətlərə də malik olmalıdır. Psixoloji
ədəbiyyatda həmin keyfiyyətlər aşağıdakı kimi xarakterizə olu-
nur: 1) Hər bir müəllim öz fənninə dərindən yiyələnməli; 2)
570
idrak nəzəriyyəsini və pedaqoji elmi mükkəməl əxz etməli; 3)
ayrı-ayrı anlayışlar arasındakı əlaqə və münasibətləri açmağı
bacarmalı; 4) şagirdləri fəallaşdırmaq məqsədilə müxtəlif
kommunikativ vasitələrdən istifadə edə bilməli və s. Bütün bu
keyfiyyətlərə yiyələndikdən sonra müəllim öz pedaqoji
fəaliyyətində yüksək nailiyyətlər əldə edə bilər.
Müəllimin şəxsiyyəti onun pedaqoji əməyinə istiqamət,
məna verir. Müəllim şəxsiyyətinin strukturuna gəldikdə buraya
onun
əməyinin
xarakterini
müəyyənləşdirən
psixi
keyfiyyətlərin, qabiliyyətlərin, halətlərin mürəkkəb vəhdətini
və s. aid etmək olar. Müəllim şəxsiyyəti özünün istiqamət və
motivasiyası, qabiliyyətləri, xarakteri, yaradıcı mövqeyi, fərdi
üslubi və s. ilə xarakterizə olunur.
Müəllim şəxsiyyətinin istiqaməti birinci növbədə özünün
motivləşmə sferası (aləmi), ideyaları, sərvət meylləri, əqidə və
inamı və s. ilə müəyyən edilir. Burada müəllimin yüksək
ideyalılığı və inamının, öz peşəsində oynadığı sosial rolu anla-
manın rolunu da xüsusi qeyd etmək lazım gəlir. Bunlar bir növ
müəllim şəxsiyyətinin keyfiyyətini təşkil edirlər.
Müəllim şəxsiyyətində qeyd olunan keyfiyyətlərlə yanaşı
onun fərdi-psixi xassələri də həlledici yer tutur. Buraya
müəllimin pedaqoji qabiliyyətlərini, maraq və meylini, xarakte-
rini, emosional iradi və əqli xüsusiyyətlərini daxil etmək olar.
Pedaqoji qabiliyyətlər fərdi psixi xassə kimi müəllimi özünün
peşə fəaliyyəti üçün daha çox yararlı edir.
Müəllim şəxsiyyəti eyni zamanda özünün yaradıcılıq
mövqeyi səviyyəsi, onu həyata keçirmək üçün yeni məqsəd və
yollar axtarmaq cəhdi ilə xarakterizə olunur. Müəllim
yaradıcılığı pedaqoji fəaliyyətdə yaratdığı yenilikdə, yaradıcı
təfəkküründə, orijinal tapıntılarında ifadə olunur.
Bütün bunlarla yanaşı olaraq müəllim şəxsiyyəti pedaqoji
əməyin həyata keçirilməsinin fərdi xarakteri ilə müəyyən edilir.
Təcrübə göstərir ki, obyektiv tələblə şərtlənən eyni bir məqsəd
müxtəlif müəllimlər tərəfindən müxtəlif əməliyyatlardan
571
istifadə yolu ilə həyata keçirilir. Bu, həmin müəllimin fərdi
üslubu kimi xarakterizə olunur. Müəllim əməyinin fərdi üslubu
onun fəaliyyətinin elə davamlı tərzləri birliyidir ki, o yalnız
həmin şəxsin yerinə yetirdiyi işlərin müvəffəqiyyətini təmin
edir. Müəllimin fərdi üslubunun səmərəliliyi onun yetirdiyi
şagirdlərin tərbiyəlilik və yüksək mənimsəmə səviyyəsi ilə
ölçülür. Müəllim hansı üslubla işlədiyini dərk etməlidir. O,
həmin üslubun qüsurlarının nədən ibarət olduğunu və bu
qüsurları necə aradan qaldırmaq mümkün olduğunu bilməlidir.
Bir cəhəti də nəzərə almaq lazımdır ki, müəllimin yiyələndiyi
fərdi üslub nisbətən ləng dəyişilə bilir.
Müəllim şəxsiyyətinin strukturunda özünü göstərən psixi
halətlərə və proseslərə gəldikdə onlar epizodik, struktiv xarak-
ter daşıyır, bir növ şəxsiyyətin yaranmasında ehtiyat rolunu
oynayırlar.
Nəhayət, müəllim şəxsiyyətinin strukturunda təcrübə, bi-
lik, bacarıq, vərdiş və adətlər də özünəməxsus yer tutur və
onun fəaliyyətinin səmərəliliyində mühüm rol oynayır.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, müəllim
şəxsiyyətinin
struktur
komponentləri
içərisində
ən
az
dəyişməyə meyli olan onun istiqamətidir. Bu cəhəti dəyişmək,
tərbiyə etmək nisbətən çətindir. Ona görə də hələ əvvəlcədən
müəllim şəxsiyyətinin istiqamətinin düzgün formalaşması
həlledici əhəmiyyətə malikdir.
Müəllim şəxsiyyətinin pedaqoji fəaliyyətdə rolu. Peda-
qoji fəaliyyətin müvəffəqiyyətində yüksək keyfiyyətlərə malik
olan müəllim şəxsiyyətinin formalaşması mühüm əhəmiyyətə
malikdir. Həmin keyfiyyətlər fəaliyyət prosesində tədricən
şagirdlərin şəxsiyyətinin əlamətlərinə çevrilir. Qabaqcıl müəl-
limlərin iş təcrübəsini nəzərdən keçirdikdə onlarda yüksək
şüurluluq, əxlaqi keyfiyyətlər, ümumi mədəniyyət və s. kimi
keyfiyyətlər müşahidə edirik. Pedaqoji qabiliyyətlərlə birlikdə
bu keyfiyyətlər müəllimə öz fəaliyyətində müvəffəqiyyət qa-
zanmaq imkanı verir. Müəllimin öz fəaliyyətində müvəffə-
572
qiyyət qazanmasında onun əxlaqi və iradi keyfiyyətləri də
mühüm yer tutur. Bu keyfiyyətlər möhkəmlənir və müəllimin
şəxsiyyətinin daimi əlamətlərinə çevrilir.
Müəllimin iradi qüvvəsinin ən parlaq ifadələrindən biri
onun məqsədyönəlişliliyi, daima böyük pedaqoji vəzifələri həll
etməyə yönəlməsindən ibarətdir. İradəli müəllim təkcə şagirdin
qarşısına tələb qoymaqla kifayətlənmir, eyni zamanda həmin
tələbin dəqiq və vaxtında yerinə yetirilməsinə nəzarət edir.
Müəllim təkidli olmalıdır. Təkidlilik təkcə müəllimin
şagirdlərə qarşı tələbkar olması, ona nəzarət etməsi üçün zəruri
deyildir. Bu keyfiyyət eyni zamanda müəllimin öz pedaqoji
fəaliyyətini icra edərkən qarşıya çıxan ciddi çətinlik və maneə-
ləri aradan qaldırması, fasiləsiz olaraq öz üzərində işləməsi, öz
ixtisasını artırması üçün də zəruridir.
Pedaqoji
işin
müvəffəqiyyəti
üçün
müəllimdə
dözümlülük, hövsələnin olması da zəruridir. Əgər müəllim
özünü əla ala bilmirsə, o, sinfi də ələ ala bilməyəcəkdir.
Müəllim özünü ələ ala bilməyi, öz hərəkətlərinə nəzarət etməyi
bacarmalıdır.
Müəllim üçün xarakterik olan keyfiyyətlərdən onun
təvazökarlıq və özünə qarşı tələbkarlığını da qeyd etmək
lazımdır. Bunlar
həqiqi
müəllimə
xas
olan
müsbət
keyfiyyətlərdəndir. Təcrübəli müəllim nə qədər müvəffəqiyyət
qazansa da, hələ çox iş görmək lazım gəldiyini başa düşür.
Hələ vaxtilə görkəmli rus pedaqoqu K.D.Uşinski təlim və
tərbiyə işində müəllimin mövqeyinə müstəsna əhəmiyyət
verərək onun geniş və dərin elmi-pedaqoji biliyə, yüksək əxlaqi
keyfiyyətlərə, möhkəm iradəyə və xarakterə malik olmasını
tələb edirdi. O, hər şeydən əvvəl tərbiyəçinin tərbiyə etdiyi
insanı
hərtərəfli
bilməsinin, onu
dəqiq
öyrənməsinin
zəruriliyini, həmin biliklər olmadan tərbiyə işini düzgün təşkil
etməyin mümkün olmadığını göstərir. “Tərbiyəçi insanı
həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli
cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları ilə tanış
573
olmalıdır. Tərbiyəçi insanı ailədə, cəmiyyətdə, xalq arasında,
bəşəriyyət içərisində və öz vicdanı ilə üzbəüz durduğu halda
öyrənməlidir…
o,
insanı
bütün
yaşlarda,…
bütün
vəziyyətlərdə, şadlıq və qəmginlik hallarında… öyrənməlidir…
yalnız bu zaman o, insan təbiətinin özündən tərbiyə vasitələrini
əxz edə bilər, bu vasitələr isə olduqca çoxdur”.
1
Müəllim şəxsiyyətinin bu kimi keyfiyyətlərə malik
olması onun pedaqoji fəaliyyəti üçün zəruridir.
Müəllim şagird kollektivinə rəhbərlik edir. Onun təlim və
tərbiyəsi ilə məşğul olur. Ona görə də istər-istəməz müəllimlə
şagird arasında qarşılıqlı münasibətlər mövcud olur. Müəllim
öyrədir, tərbiyə edir, şagird öyrənir, müəllimin rəhbərliyi
altında bilik, bacarıq və vərdişlərə yiyələnir. Bu prosesdə
müəllim eyni zamanda şagird şəxsiyyətinin təşəkkülü və
inkişafına əsaslı təsir göstərir.
Şagird şəxsiyyətinin təşəkkülünə müəllimin öz şəxsiyyəti
də lazımi təsir göstərir.
Pedaqogika tarixinə nəzər saldıqda görkəmli pedaqoq və
ictimai xadimlərin müəllim şəxsiyyətinin uşaqların təlim və
tərbiyəsində, o cümlədən onlarda şəxsiyyətin təşəkkülündə
mühüm rol oynaması barədə fikirlərinə rast gəlirik.
A.İ.Gertsen göstərir ki, şagirdlərə təkcə müəllimin biliyi
deyil, onun şəxsiyyəti də, ruhi keyfiyyətləri də əsaslı təsir edir.
K.D.Uşinski bu cəhətə xüsusi diqqət yetirərək yazır:
“Tərbiyədə hər şey tərbiyəçinin şəxsiyyətinə əsaslanmalıdır.
Çünki tərbiyənin gücü yalnız insan şəxsiyyətinin canlı
mənbəyindən nəşət edir. Heç bir nizamnamə və proqram, heç
bir süni yaradılmış müəssisə, nə qədər mahiranə düşünülsə də
tərbiyə işində şəxsiyyəti əvəz edə bilməz”.
1
Təcrübə göstərir ki, doğrudan da müəllim şəxsiyyətinin
şagirdlərə tərbiyələndirici təsirini başqa heç bir şey əvəz edə
1
К.Д.Ушински. Сечилмиш педагожи ясярляри, Бакы, 1953, сящ.98
1
К. Д.Ушинский. Собрание сочиненений. Т.2., М., 1948, с.63-64.
574
bilməz. Müəllimin şəxsi nümunəsi, onun şəxsiyyəti şagird
şəxsiyyətini təşəkkül etdirir, onun inkişafına şərait yaradır.
Müəllimin şəxsiyyəti uşağın əqlinin, hiss və iradəsinin
inkişafına, onun həyatına əsaslı təsir göstərir. Müəllimin
şəxsiyyəti təkcə dərs dediyi müddətdə deyil, məktəbi
qurtardıqdan sonrakı dövrlərdə də bəzən həmin şagirdlərin
şəxsiyyətinə müsbət təsir göstərir, ona təkan verir. Belə ki,
bəzən orta məktəbin sonuncu siniflərində oxuyan oğlan və
qızlar sevimli müəllimlərini özləri üçün ideal seçirlər. Hər bir
sahədə olduğu kimi şəxsiyyətinin keyfiyyətlərinə görə də öz
müəllimlərinə
oxşamağa
çalışırlar,
bütün
işlərində,
fəaliyyətlərində buna can atırlar. Sevimli müəllimlərinin
şəxsiyyəti onların həyatına işıq saçan mayaka çevrilir. Ona
görə də müəllim şəxsiyyətində elə müsbət keyfiyyətlər
formalaşmalıdır ki, onlar şagirdlər üçün əsil nümunə
götürüləcək obyekt olsun.
Müəllimin pedaqoji bacarıq və qabiliyyətləri. Pedaqoji
fəaliyyətin müvəffəqiyyətini təmin edən, müəllimin pedaqoji
ustalığını şərtləndirən cəhətlərdən biri də onun pedaqoji
bacarıq və qabiliyyətləridir.
Müəllim təkcə dərin biliyə, geniş dünyagörüşünə malik
olmaqla, öz fənnini hərtərəfli mənimsəməklə kifayət-
lənməməlidir. O, eyni zamanda bildiklərini, öyrəndiklərini,
tədris etdiyi elmin əsaslarını şagirdlərə çatdırmağı da bacar-
malıdır. Hər fənnin özünəməxsus xüsusiyyətləri, çətinlikləri
vardır. Ona görə də müəllim öz fənnini yaxşı bilməklə, onu
şagirdlərə çatdırmaq yollarına da yiyələnməlidir.
Şagirdlərin təlim-tərbiyə işi mürəkkəb və çətin bir pro-
sesdir. Ona görə də burada müəllimin təkcə faktları qeyd
etməsi kifayət deyildir. Müəllim şagirdlərin təlim tərbiyə işini
idarə etməyi də bacarmalıdır. Buna görə də o, öz yetişdirmə-
lərinin daxili aləminə nüfuz etməyi bacarmalı, onların fikri iş
tərzlərini izləyə bilməlidir. Yalnız belə olduqda müəllim
şagirdlərin təlim-tərbiyə işini düzgün istiqamətə yönəldə bilər,
575
həmin iş idarə olunan işə çevrilər. Məhz buna görə də müəllim
təkcə müvafiq biliklərə malik olmamalı, həmin bilikləri
şagirdlərə çatdırmağı, onlara aşılamağı da bacarmalıdır.
Bəs müəllim konkret olaraq hansı pedaqoji bacarıq və
vərdişlərə yiyələnməlidir? Bu barədə müxtəlif mülahizələr,
fikirlər mövcuddur. Biz həmin məsələni daha sistemli və konk-
ret əks etdirən bir mülahizəni burada qeyd edirik. Professor
A.İ.Şerbakov müəllimin yiyələnməli olduğu pedaqoji bacarıq
və vərdişləri dörd qrupa bölür: 1) məlumatverici bacarıq və
vərdişlər; 2) səfərbəredici
bacarıq
və
vərdişlər; 3)
inkişafetdirici bacarıq və vərdişlər; 4) istiqamətləndirici bacarıq
və vərdişlər.
Bu bacarıq və vərdişlərin mahiyyəti aşağıdakı şəkildə
xarakterizə olunur.
Məlumatverici bacarıq və vərdişlər:
- elmi materialları didaktik yolla işləməklə tədris
materialı şəklinə salmağı bacarmaq;
- əsas didaktik vahidləri (anlayış, bacarıq və inam)
ayırmaq, onların təşəkkülü və inkişafı yollarını işləyib
hazırlamaq və şagirdlərin müvafiq bilik sisteminə daxil etmək;
- müvafiq məktəb fənninə dair xarakterik metodlar siste-
mini təkcə tətbiq etməklə kifayətlənməmək, eyni zamanda
onları inkişaf etdirmək;
- proqramlaşdırılmış təlim ünsürlərini tətbiq etmək;
- şagirdlərin anlayacağı, məntiqi, aydın, qısa və ifadəli
şəkildə danışmaq;
- əks əlaqəni təmin etmək;
- şagirdlərin muzeyə, təbiətə, istehsalata ekskursiyalarını
təşkil etmək, onları kənd təsərrüfatı əməyi ilə tanış etmək,
məşğələləri
tədris
emalatxanalarında
və
tədris-təcrübə
sahəsində aparmaq.
Səfərbəredici bacarıq və vərdişlər:
- şagirdlərin diqqətini səfərbərliyə almaq və onlarda
576
təlimə və əməyə davamlı maraqlar yaratmaq; onları oxumağa
öyrətmək; onları öz iş yerini hazırlamağa, kitabla, alətlərlə
işləməyə alışdırmaq;
- şagirdlərə əldə etdikləri nəzəri bilikləri təcrübəyə tətbiq
etmək bacarığı aşılamaq;
- kollektivin inkişafına rəhbərlik etmək, şagirdlərin
kollektivdə öz güclərini düzgün tətbiq etmələrinə rəhbərliyi ba-
carmaq; işləri dəqiq planlaşdırmaq, ona nəzarət etmək və ob-
yektiv olaraq qiymətləndirmək.
İnkişafetdirici bacarıq və vərdişlər:
- tədris prosesində müşahidə metodundan və müxtəlif
məktəb təcrübələrindən istifadə etmək;
- bütün tədris metodlarını yaş fiziologiyası, psixologiya,
pedaqogika və məktəb gigiyenasının müasir nailiyyət və
məlumatları əsasında tətbiq etmək;
- təlim və fikri iş sisteminin formalaşması prosesində
şagirdlərin əqli fəaliyyətini idarə etmək;
- təlim prosesində şagirdlərdən müstəqil təfəkkür tələb
edən problem situasiya yaratmaq;
- şagirdlərə əvvəllər əldə etdikləri bilikləri tətbiq etməyi,
müqayisə və müstəqil əqlinəticə, fəal idrak fəaliyyəti tələb
edən suallar vermək.
İstiqamətləndirici bacarıq və vərdişlər:
- elmi dünyagörüşü, təbiət və əməyə düzgün münasibəti
təşəkkül etdirmək;
- şagirdlərdə tədris fəaliyyətinə və elmə, məhsuldar
əməyə və cəmiyyətin tələblərinə, öz şəxsi istiqamət və
imkanlarına uyğun peşəyə davamlı maraq aşılamaq;
- şagirdlərin yüksək əxlaqi ideallar ruhunda humanist, es-
tetik və ideya-siyasi tərbiyəsini həyata keçirmək.
Müəllimin bu cür pedaqoji bacarıq və vərdişləri onun
ümumi bacarıqları ilə birlikdə pedaqoji fəaliyyəti müvəf-
fəqiyyətlə həyata keçirməsinə imkan verir. Bu cür bacarıq və
577
vərdişlər pedaqoji fəaliyyət prosesində formalaşmaqla yanaşı,
həmin fəaliyyətin səmərəli təşkilini təmin edir. Pedaqoji baca-
rıq və vərdişlər qabiliyyət səviyyəsinə yüksəldikdə pedaqoji
fəaliyyətin müvəffəqiyyətlə icrası üçün əsas amilə çevrilir.
Müəllimin təlim və tərbiyə prosesində yüksək göstəricilər
əldə etməsi onun pedaqoji qabiliyyətlərinin inkişafından
asılıdır.
Pedaqoji
qabiliyyətlərin
inkişafı
müəllimin
şəxsiyyətində pedaqoji fəaliyyəti müvəffəqiyyətlə icra etmək
üçün zəruri olan fərdi psixi xassələrin formalaşmasına səbəb
olur.
Bütün pedaqoji qabiliyyətləri şərti olaraq üç qrupda
birləşdirmək olar: şəxsi qabiliyyətlər, didaktik qabiliyyətlər,
təşkilatı-kommunikativ qabiliyyətlər.
1. Şəxsi pedaqoji qabiliyyətlər dedikdə, adətən,
şəxsiyyətin xarakterik əlamət və keyfiyyətləri ilə bağlı olan
qabiliyyətlər nəzərdə tutulur. Buraya uşaqlara hüsn-rəğbət
bəsləmək, dözümlülük və özünəsahib olmaq (özünü ələ ala
bilmək) və həmişə dərs zamanı şagirdlərlə iş aparmaq üçün
optimal psixi vəziyyət yarada bilmək qabiliyyətlərini aid etmək
olar.
Uşaqlara hüsn-rəğbət bəsləmək qabiliyyəti pedaqoji
qabiliyyətlərin strukturunda əsas “özəyi” təşkil edir. Bu cür pe-
daqoji qabiliyyətlər anlayışı altında uşaqlara qarşı ağıllı
məhəbbət və onlara bağlılıq, onlara qarşı xeyirxah münasibət,
onlarla ünsiyyətdə olmaq və işləmək arzusu və cəhdi başa
düşülür. Bu cür pedaqoji qabiliyyətə malik olan müəllim
uşaqlarla pedaqoji ünsiyyətdən, qəribə uşaq aləminə daxil ol-
maqdan həzz alır, onlara qarşı diqqətli, xeyirxah münasibət
bəsləyir. Lakin bu münasibətlərin heç birinin ürəyiyum
şaqlıq, güzəştə getmək, məsuliyyətsizlik səviyyəsinə enməsinə
yol vermir. Uşaqlar həqiqi və ya süni münasibəti bir-
birlərindən asanlıqla ayıra bilirlər. Onlar müəllimin özlərinə
qarşı həqiqi münasibətini hiss etdikdə eyni münasibətlə də ca-
vab verirlər.
578
Pedaqoji fəaliyyətin müvəffəqiyyətini təmin etmək üçün
lazım olan müəllimin şəxsi pedaqoji qabiliyyətlərindən biri də
dözümlülük və özünəsahib olmaq qabiliyyətidir. Müəllim
həmişə, hər cür, hətta gözlənilməyən şəraitdə özünü ələ almağı,
özünə sahib olmağı, öz hisslərini, temperamentini cilovlamağı
bacarmalı, öz davranışına nəzarəti itirməməlidir. Lakin bu heç
də o demək deyildir ki, müəllim öz hisslərini daima süni
şəkildə boğmalıdır. O, şagirdlərlə birlikdə şadlana, sevinə də
bilər. Lazım gəldikdə tərbiyəvi məqsədlə qəzəb və narazılığını
da nümayiş etdirə bilər. Lakin bu zaman o heç vaxt özündən
çıxmamalı, qışqıra-qışqıra, kobud və təhqiramiz tonla
danışmamalıdır. Bununla belə müəllimin dözümlülüyü özünə
sahib olması etinasızlıq səviyyəsinə qalxmamalıdır.
Müəllimin digər mühüm şəxsi qabiliyyəti dərsdə
şagirdlərlə iş aparmaq üçün optimal psixi vəziyyət yarada
bilməsidir. Bu cür qabiliyyətə malik olan müəllimlər özlərinin
gümrahlığı, həyatsevərliyi, kifayət
qədər
canlılığı
ilə
fərqlənirlər. Nə olursa olsun, müəllim həmişə nikbin, arzuolu-
nan əhval-ruhiyyə ilə sinfə daxil olmalıdır. Məhz buna görə də
müəllim
özünün
əhvalını
idarə
etməyi, tənzimləməyi
bacarmalıdır.
2. Didaktik qabiliyyətlər-müəllimin zəruri məlumatları
şagirdlərə çatdıra bilmək, öyrədə bilmək, materialı uşaqların
səviyyələrinə uyğunlaşdırmaqla onlara çatdırmaq, material və
ya problemi aydın və ya anlaşıqlı şəkildə şagirdlərə təqdim
etmək, fənnə qarşı maraq oyatmaq, şagirdlərdə fəal müstəqil
fikir yarada bilmək qabiliyyətlərindən ibarətdir. Buraya konk-
ret olaraq müəllimin izah edə bilmək qabiliyyətini, ekspressiv-
nitq (natiqlik) qabiliyyətini, nəzəri qabiliyyətləri (akademik
qabiliyyət) aid etmək olar.
Müəllimin izah edə bilmək qabiliyyəti. Bu cür qabiliy-
yətə malik olan müəllimin fikri şagirdlər üçün aydın olur. On-
lar çətin, anlaşılmaz materialı şagirdlər üçün anlaşıqlı edə
bilərlər. Təlim materialının məzmununu şagirdlərin səviyyəsinə
579
uyğun, aydın və anlaşıqlı, sadə şəkildə izah edə, çatdıra bilirlər.
Nəticədə onlar şagirdlərdə tədris etdikləri fənnə qarşı maraq
oyadır, onların fikrinin fəal müstəqil işləməsinə şərait yaradır-
lar. Belə müəllimlər zəruri hallarda çətini asan etməyi,
mürəkkəbi
sadələşdirməyi, anlaşıqsızı
anlaşıqlı
etməyi
bacarırlar. Bu cür qabiliyyətə malik olan müəllim şagirdlərin
hazırlıq, inkişaf səviyyələrini, nəyi bildiklərini və nəyi
bilmədiklərini, nəyi artıq unuda bildiklərini nəzərə alır,
şagirdlərin qarşılaşa biləcəkləri çətinlikləri görür və onların
qarşısını almağa çalışır. Qeyd edilən qabiliyyətə malik olan
müəllim özünü şagirdin yerinə hiss edə bilir, onun mövqeyində
dayanır və özünə aydın olan fikirlərin şagird üçün aydın ola
bilməməsi hallarının mümkünlüyünü başa düşür. Ona görə də
öz izahatının xarakter və formasını xüsusi şəkildə düşünür.
Ekspressiv-nitq (natiqlik) qabiliyyətləri. Pedaqoji
fəaliyyətin müvəffəqiyyətli icrasında nitq qabiliyyətləri də
həlledici rol oynayır. Nitq qabiliyyətləri lazımi səviyyədə
inkişaf etməyən müəllim nəzərdə tutulan təlim materialını
şagirdlərə çatdırmaqda çətinlik çəkir. Bu cür qabiliyyətlərə ma-
lik olan müəllim öz fikir və hisslərini nitqin, eləcə də mimika
və pantomimika vasitəsilə aydın və dəqiq ifadə edə, nitqin
köməyilə şagirdlərin fikir və diqqətini maksimum dərəcədə
fəallaşdıra bilir. Müəllimin peşəsi üçün bu ən zəruri
qabiliyyətlərdən biri hesab olunur. Bu cür qabiliyyətə malik
olan müəllimlər dolaşıq, mürəkkəb danışıq tərzindən qaçır, öz
fikirlərini şagirdlərin başa düşəcəyi sadə, aydın dildə ifadə
edirlər. Müəllimin nitqi canlı, obrazlı, ifadəli, emosional,
aydın, stilistik, qrammatik və fonetik cəhətdən qüsursuz
olmalıdır.
Nəzəri qabiliyyətlər. Bu cür anlayış altında müəllimin
müvafiq fənn, daha doğrusu elm sahəsinə aid qabiliyyətləri
nəzərdə tutulur. Müəllimin tədris etdiyi fənni dərindən
bilməsində ifadə olunur. Bu cür qabiliyyətə malik olan müəllim
öz fənnini təkcə tədris kursunun həcmində deyil, daha geniş,
580
dərindən bilir, tədris etdiyi elm sahəsində olan kəşfləri daima
izləyir, materiala tam sərbəst yiyələnir, ona böyük maraq
göstərir, kiçicik də olsa öz ixtisası sahəsində tədqiqat işi aparır.
Dostları ilə paylaş: |