Şagird şəxsiyyətinin öyrənilməsi və ona psixoloji-pedaqoji
xarakteristika tərtibi üçün təxmini sxem
1.Şagird haqqında ümumi məlumat. Şagirdin soyadı,
adı, atasının adı, yaşadığı yer, məktəbin nömrəsi, oxuduğu si-
nif, yaşı, sağlamlıq dərəcəsi.
2.Şagirdin ailə şəraiti və ailə tərbiyəsi. Ailədəki mədəni
məişət şəraiti, ailədəki qarşılıqlı münasibət, onun tərbiyəsinə
qayğı.
3.Şagirdin mənsub olduğu sinif kollektivinin xarakte-
ristikası. Sinfin fəalları, ictimai və ictimai-faydalı işə müna-
sibət, sinfin mənimsəmə və intizamı, kollektivdə şəxsiy-
yətlərarası münasibətlər, dostluq, yoldaşlıq, sinif kollektivində
ənənələr.
4.Şagirdin kollektivə münasibəti. Kollektivin üzvü ol-
maq tələbatı. Kollektivin rəyi ilə hesablaşmaq, onun şərəfi
uğrunda mübarizə aparmaq. Şagirdin yoldaşları arasında
hörməti, ünsiyyətliliyi və başqalarını anlaması. Kollektivdəki
mənfi sosial-psixoloji hadisələrə münasibəti.
5.Şəxsiyyətin istiqaməti. Şagirdin şəxsi və işgüzar
istiqaməti. Maraqları, onların dərinlik dərəcəsi, genişliyi,
davamlılığı. Aydın təzahür edən idrak maraqları. Baxış və
inamı, arzu və idealları.
6.Şagirdin iddia səviyyəsi. Aşağı, uyğun və yüksək id-
dia səviyyəsindən hansına malik olması. Özünüqiymətləndirmə
və iddia səviyyəsinin qarşılıqlı əlaqəsi. Özünə qarşı
tələbkarlığı. Müəllim və yoldaşlarının tənqidi qeydlərinə
münasibəti. Özünütərbiyəsinin xüsusiyyətləri.
7.Şagirdin müxtəlif fəaliyyət növlərində iştirakı.-
Şagirdin təlimə münasibəti, maraqla oxuması, maraqsız
oxuması, oxumaq istəməməsi. Ayrı-ayrı fənlərə münasibəti və
mənimsəmə səviyyəsi. Əmək fəaliyyətinə münasibəti. Şagirdin
ictimai fəallığı, peşə yönümü və peşə seçməsi.
8.İdrak fəaliyyətinin xarakteristikası. Qavrayışının,
603
müşahidəçiliyinin xüsusiyyətləri. Hafizəsinin xüsusiyyətləri,
hafizənin hansı tipinə malik olması. Diqqətinin xüsusiyyətləri,
davamlılığı, keçirilməsi, dalğınlığı və s. Yaradıcı və bərpaedici
təxəyyülünün
xüsusiyyətləri.
Obrazlı
və
mücərrəd
təfəkkürünün xüsusiyyətləri, təfəkkürünün müstəqillik və
tənqidiliyinin inkişaf dərəcəsi; məntiqi təfəkkürün inkişafı,
fikirlərinin ardıcıllığı və sübutluluğu, fikirləşmək və nəticə
çıxarmaq bacarığı; hökm və əqli nəticələrindəki müstəqillik.
Şifahi və yazılı nitqinin inkişaf xüsusiyyətləri.
9.Emosional-iradi sferasının xüsusiyyətləri. Pedaqoji
təsirlərə emosional reaksiyasının xarakteri. Əxlaqi, zehni və es-
tetik hisslərin xüsusiyyətləri. Emosional oyanıqlıq dərəcəsi,
emosiyaların cərəyanı və dəyişmə sürəti, emosiyaların xarici
ifadəsi. İradi xüsusiyyətləri: məqsədyönlülüyü, müstəqilliyi,
təşəbbüskarlığı, qətiliyi, təkidliliyi, özünə sahib olması və s.
10.Qabiliyyətlər. Ümumi və xüsusi qabiliyyətləri; şa-
girddə aydın müşahidə olunan qabiliyyətlər: musiqi, texniki,
riyazi, təşkilatçılıq və s.
11.Temperament. Temperamentin hansı tipinin üstünlük
təşkil etməsi: sanqvinik, xolerik, fleqmatik, melanxolik. Həmin
tipə mənsub olduğunu göstərən amillər.
12.Xarakter. Şagirdin təlimə münasibətdə ifadə olunan
xarakter əlamətləri: səyliliyi, fəallığı, intizamlılığı və s.
Məktəbə və sinfə münasibətdə ifadə olunan xarakter əlamətləri.
Əməyə münasibətdə ifadə olunan xarakter əlamətləri:
əməksevərliyi, vicdanlılığı, işgüzarlılığı. Yoldaşlarına və
böyüklərə münasibətdə ifadə olunan xarakter əlamətləri:
qayğıkeşlilik, ünsiyyətlilik. Şeylərə münasibətdə ifadə olunan
xarakter əlamətləri: səliqəlilik və ya səliqəsizlik, ehtiyatlılıq,
ehtiyatsızlıq. Özünə münasibətdə ifadə olunan xarakter
əlamətləri: təvazökarlıq, lovğalıq, məğrurluq və s.
13.Təcrübəçi tələbə kollektivin köməyi və fərdi
yanaşma yolu ilə şagirdin tərbiyəsində nə kimi işlər
görmüşdür? Yerinə yetirilən işin səmərəliliyi.
604
14.Pedaqoji nəticələr. Gələcəkdə həmin şagirdlə hansı
tərbiyəvi işlər aparmaq lazımdır? (müəllimlər, sinif rəhbəri,
valideynlər, sinif və məktəb kollektivi, eləcə də şagirdin özü
tərəfindən).
Sinif kollektivinin psixoloji xarakteristikasına gəldik-
də, o da özündə aşağıdakı göstəriciləri əks etdirməlidir.
I. Məktəbin bir kollektiv kimi xarakteristikası.
II. Sinif kollektivinin strukturu.
III. Sinif kollektivinin ayrı-ayrı fəaliyyət növlərində
iştirakının xarakteristikası.
IV. Sinfin davranışı və məqsədləri.
V. Şəxsiyətlərarası münasibətlər, kollektivdəki mikro-
klimat.
VI. Sinif fəalları və liderlərinin xarakteristikası.
VII. Sinif kollektivinə təsir edən amillər.
VIII. Sinfi bir kollektiv kimi xarakterizə edən ümumi
nəticə, gələcəkdə aparılacaq iş barədə təklif və məsləhətlər.
Sinif kollektivini aşağıdakı təxmini sxem üzrə öyrənmək
və ona psixoloji-pedaqoji xarakteristika tərtib etmək olar.
Sinif kollektivinin öyrənilməsi və ona psixoloji-pedaqoji xa-
rakteristika tərtib etmək üçün təxmini sxem
1.Məktəbin bir kollektiv kimi xarakteristikası. Məktəb
kollektivinin tərbiyəlilik, intizamlılıq, mənimsəmə səviyyəsi.
Məktəbin ictimaiyyətlə əlaqəsi. Məktəbin sinif kollektivinə
təsiri.
2.Sinif kollektivinin rəsmi strukturu. Sinfin tərkibi .
Onun fəalları.. Sinif nümayəndəsinin, kollektivin hörmətini qa-
zanan şagirdlərin qısa xarakteristikası.
3.Sinif kollektivinin tədris fəaliyyətinin təşkilinin
ümumi xarakteristikası. Sinfin mənimsəmə göstəriciləri.
Ayrı-ayrı fənlərə münasibət.
4.Sinif kollektivinin ictimai- faydalı işdə iştirakı.
5.Sinfin intizamı, şagirdlərin davranış normalarının, so-
605
sial davranış vərdiş və adətlərinin vəziyyəti.
6.Sinif kollektivinin ictimai əhəmiyyətə malik olan
məqsədləri. Sinif kollektivi üzvlərinin birliyi. Kollektivdə ic-
timai rəy.
7.Şəxsiyyətlərarası münasibətlər. Yoldaşlıq münasi-
bətləri. Şagirdlərin mikroqruplardakı qarşılıqlı əlaqəsini xüsu-
siyyətləri. Kollektivə xüsusi təsir edə bilən şagirdlərin olması.
8.Sinif kollektivinin yaş xüsusiyyətləri. Əldə edilmiş
materialların təhlili və ümumiləşdirilməsi əsasında sinif kollek-
tivinin aşkara çıxarılması mümkün olan spesifik xüsusiyyətləri.
9.Sosial mühitin, valideynlərin, ictimaiyyətin, sinif
kollektivinə təsiri.
10.Şagirdlərdə ictimai fəallığı yüksəltmək, onlarda xarak-
terin müsbət əlamətlərininin aşılanması məqsədilə təcrübəçi
tələbənin sinifdə apardığı işin məzmunu.
11.Gələcəkdə həmin sinif kollektivi ilə aparılacaq
tərbiyəvi işin məzmunu və təşkilinə aid təkliflər (müəllimlərin,
sinif rəhbərinin valideynlərin aparacağı işlər).
Dərsin psixoloji təhlili
Tədris işinin təşkilinin əsas forması olan dərsin xüsusiy-
yətləri ilə dərindən tanış olmadan, müasir dərsə verilən
tələbləri nəzərə almadan yaxşı müəllim olmaq, şagirdlərə zəruri
bilik, bacarıq
və
vərdişlər
aşılamaq, dərsdə
onların
şəxsiyyətinin formalaşmasına təkan vermək mümkün deyildir.
Ona görə də dərsi (istər başqalarının, istərsə də özünün dediyi
dərsi) psixoloji cəhətdən təhlil edə bilməyən təcrübəçi –
müəllim bu tələbləri nəzərə almaqda çətinlik çəkəcəkdir.
Bununla yanaşı olaraq, dərsin dərin psixoloji təhlilini
verməyi bacaran müəllim həm öz əməyinin, həm də təlimin hər
bir mərhələsində şagirdlərin bilik və bacarıqlara yiyə-
lənməsinin səmərə və keyfiyyətini yüksəldə biləcəkdir.
Dərsin psixoloji təhlilini vermək bəzən təcrübəçi-müəl-
606
lim üçün o qədər də asan deyildir. Bunun üçün bir sıra
cəhətlərə xüsusi diqqət yetirilməlidir.
Adətən, hər bir dərsdə müəllim birbaşa və ya dolayı yolla
uşağın şəxsiyyətinin istiqamətinin formalaşması və inkişafı
vəzifəsini həyata keçirir. Ona görə də dərsin təhlili zamanı bi-
rinci növbədə tədris materialının məzmununun, onun təşkili
yollarının, müəllimin
davranışının
şagirdlərdə
baxışlar,
dünyagörüşü, maraqlar, inamın formalaşmasına necə təsir
etdiyinə fikir vermək lazımdır.
Dərsdə şagirdlərin idrak proseslərinin təşkili və inkişafı
üçün nə kimi işlər görülməsi nəzərə alınması zəruri olan
cəhətlərdəndir. Xüsusilə müəllimin şagird təfəkkürünü hansı
yollarla fəallaşdırması, problem situasiya yaratma imkanları və
s. nəzərdən qaçmamalıdır. Məfhumların çatdırılması zamanı
mühüm əlamətlərə nə dərəcədə istinad olunması, formal
əlamətlərdən istifadə zamanı baş verən qüsurlar təhlildə qeyd
olunmalıdır. Dərsdə şagirdlərin təfəkkürün təhlil, tərkib,
müqayisə, ümumiləşdirmə, mücərrədləşdirmə proseslərindən
necə istifadə etmələri və müəllimin bu sahədəki işi nəzərə
alınmalı və qeyd edilməlidir.
Dərsdə şagirdlərin diqqətinin necə təşkil olunması,
diqqəti cəlb edən və ya yayındıran səbəblər təcrübəçinin
nəzərindən qaçmamalıdır.
Bütün bunlarla yanaşı olraq dərsin təhlilində müəllimin
xarakteristikasına da xüsusi yer verilməlidir. Burada müəllimin
pedaqoji ustalığı, pedaqoji təfəkkürü, dərsə hazırlığı, nitqi,
şagirdlərə yanaşma tərzi, pedaqoji ünsiyyət və mərifəti və s.
nəzərə alınmalıdır.
Dərsin psixoloji təhlilini aşağıdakı təxmini sxem üzrə
aparmaq mümkündür:
Dərsin psixoloji təhlilinin təxmini sxemi
1. Dərsin mövzusu, həmin mövzuda aparılan dərslərin
ümumi sistemində onun yeri.
607
2. Dərsin məqsədi və onun təlim-tərbiyəvi vəzifələri.
3. Dərsin təşkili. Şagirdlərin məşğələyə hazırlığı. Şagird-
lərin təşkili (onların diqqətinin səfərbərliyə alınması, iş
yerlərini hazırlamaq tələbi və s.). Sinif otağının dərsə hazırlığı.
4. Şagirdlərin bilik, bacarıq və vərdişlərinin məzmunu və
yoxlanması
metodikası. Bilik, bacarıq
və
vərdişlərin
yoxlanmasının məqsədi və yeri. Yoxlama üsulu. Frontal və
fərdi sorğu üçün verilmiş sualların, praktik tapşırıqların,
müstəqil işin, ayrı-ayrı şagirdlərə verilən fərdi tapşırıqların
məzmunu. Şagirdlərin cavablarının keyfiyyəti. Şagirdlərin
cavablarındakı qüsurlara müəllimin münasibəti. Sinfin fəallığı.
Şagirdlərin
biliyinin
yoxlanmasının
yekunlaşdırılması.
Şagirdlərin cavablarının qiymətləndirilməsi.
5. Yeni biliklərin məzmunu və öyrədilməsi metodikası.
Mövzu və müəllimin təlim materialını şifahi şərhinin məz-
munu. Müəllimin verdiyi biliklərin həcmi və sistemi, şərhi
metodları. Şərh olunan materialın elmi və ideya istiqaməti,
həyatla əlaqəsi, tərbiyəedici xarakteri. Şərhin sistemi və
ardıcıllığı, obrazlılığı, şagirdlər üçün aydınlığı, əvvəl keçi-
lənlərlə əlaqəsi.
Şagirdlərin müstəqil öyrəndikləri təlim materialının
mövzusu və məqsədi. Şagirdlərin qarşısına problemli sualların,
idraki məsələlərin qoyulması.
Şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması, ayrı-ayrı
məsələlər üzərində şagirdlərin marağının və diqqətinin
cəmləşdirilməsi. Şagirdlərin yeni materialı qavramaq və
anlamağa yaradıcı şəkildə cəlb olunması. Nümayiş etdirilən
texniki və əyani vasitələrin rolu və yeri. Yazı taxtası və
dəftərlərdən istifadə. Yeni materialın öyrədilməsi zamanı
müstəqil işlərin rolu və yeri. Yeni materialın öyrədilməsi
zamanı şagirdlərin biliyinin hesaba alınması yolları.
6. Öyrədilən materialın möhkəmləndirilməsinin məzmu-
nu və metodikası.
7. Evə verilən tapşırığın məzmunu və metodikası. Ev
608
tapşırığının həcmi və növü. Onu yerinə yetirməklə əlaqədar
təlimat. Ayrı-ayrı şagirdlərə əlavə (fərdi) tapşırıq.
8. Dərsdə şagirdlərin idrak fəaliyyətlərinin xarakteris-
tikası.
Diqqət. Dərsdə şagirdlərin diqqətini təşkil etmək üçün
müəllimin ümumpsixoloji prinsiplərdən istifadə etməsi. Dərsdə
diqqətin təşkili priyomları: müəllimin zahiri görkəmi, mimika
və pantomimikası; diqqətin ritmi və tempi, əyani vasitələrin
parlaqlığı və yeniliyi; müəllimin nitqinin emosional zənginliyi,
obrazlılığı, şərhin ardıcıllığı və məntiqiliyi. Dərsin müxtəlif
mərhələlərində diqqətin davamlılığının təşkili, müəllimin
şagirdlərdə diqqətin keçirilməsini təşkil etməsi.
Qavrayış. Yeni materialı qavramağa qarşı ustanovkanın
yaradılması priyomları. Şagirdlərin müşahidə aparmalarının
təşkili.
Hafizə. Əvvəl mənimsənilmiş biliklərin fəallaşdırılması
priyomları. Şagirdlərdə hafizənin bütün tiplərinin nəzərə
alınması və onların inkişafının təmin olunması. Öyrənmənin
səmərəli yollarından istifadə edilməsi.
Təfəkkür. Şagirdlərin problem situasiya ilə qaşılaşdı-
rılması. Yeni anlayışların formalaşdırılması yolları. Fikri pro-
seslərin dərsin ayrı-ayrı mərhələlərində təşkili. Dərsdə şagird-
lərin əqli keyfiyyətlərinin (təfəkkürün müstəqilliyi, tənqidiliyi,
əqlin dərinliyi, çevikliyi və s.) təzahürü və müəllimin həmin
keyfiyyətləri formalaşdırmaq üçün istifadə etdiyi yollar.
9. Dərsdə şagirdlərin şəxsiyyətlərinin ayrı-ayrı cəhət-
lərinin təzahürünün xarakteristikası.
Şagirdlərin öz yoldaşlarının cavablarına və müəllimin
verdiyi qiymətə münasibətləri. Müəllimin öz hərəkətləri ilə
şagirdlərdə yeni davranış motivi yaradıb yaratmaması. Təlim
prosesində əqli, iradi və s. xassələrin necə formalaşması.
Şagirdlərin davranışında qüsurların olub-olmaması. Onların
səbəbi.
10. Müəllimin xarakteristikası. Materialı bilməsi. Me-
609
todiki ustalığı. Pedaqoji mərifəti. Pedaqoji ünsiyyətinin
xüsusiyyətləri. Nitqi (tələffüzü, tempi, nitq mədəniyyəti, nitqi-
nin obrazlılığı, emosionallığı).
Ümumi nəticə. Müəllim dərsdə şagirdlərin psixi fəaliy-
yətini idarə etməyi nə dərəcədə müvəffəqiyyətlə həyata keçirdi.
VI.25.5. Pedaqoji kollektiv və ona rəhbərliyin
bəzi psixoloji məsələləri
Pedaqoji kollektiv. Gənclərin təhsili və tərbiyəsi
müəllim kollektivinin birgə yaradıcı əməyi deməkdir. Müəllim
kollektivinin yaxşı düşünülmüş və möhkəmlənmiş iş sistemi
onların əxlaqi fəaliyyətinin müvəffəqiyyəti üçün əvəzolunmaz
şərtdir.
Müəllim kollektivinin işindəki məqsədyönlülüyü və
mütəşəkkillik məktəb işinin nəticəsi üçün məsuliyyətlilik
doğurur. Vahid pedaqoji baxışın olması müəllim kollektivi
üçün ən mühüm keyfiyyətdir.
Pedaqoji kollektiv özünün fəaliyyətinin məzmunu ilə
müəyyənləşən müəyyən təşkilati struktura malikdir. Bu struk-
tur kollektiv üzvlərinin qarşılıqlı asılılıq, qarşılıqlı nəzarət
münasibətlərini müəyyənləşdirir. Bu struktur dairəsində peda-
qoji şura, fənn metodik birləşmələri, sinif rəhbərləri və məktəb
rəhbərləri fəaliyyət göstərir.
Pedaqoji kollektivdə müvafiq əmək bölgüsü və koopera-
siya mövcuddur. Pedaqoji əmək eyni sinifdə işləyən müxtəlif
fənn müəllimləri arasında; müxtəlif siniflərdə eyni fənni aparan
müəllimlər arasında; eyni sinifdə işləyən müəllimlər və sinfin
rəhbəri arasında; müxtəlif dərnəklərə, bölmələrə, cəmiyyətlərə,
şagird klublarına rəhbərlik edən müəllimlər arasında; məktəbdə
aparılan tərbiyəvi işin müəyyən sahəsi və ya istiqamətinə ca-
vabdeh olan müəllimlər arasında və s. bölünür.
610
Pedaqoji kollektivin işinin müvəffəqiyyəti müəllimlərin
əmək kooperasiyasının düzgün təşkilindən asılıdır. Bu isə
müəllimlərdən birgə əməkdaşlıq vərdişlərinə yiyələnməyi tələb
edir. Həmin vərdişlərə müəllim pedaqoji kollektivdə yiyələnir.
Müəllimlərin qarşılıqlı münasibətləri və pedaqoji
kollektivdə psixoloji iqlim. Pedaqoji kollektivdə müəllimlərin
qarşılıqlı münasibətləri onların fəaliyyətlərinin məqsəd və
məzmunu ilə müəyyən edilir və şərtlənir. Birgə fəaliyyət və ün-
siyyət prosesində pedaqoji kollektivdə bir neçə münasibət sis-
temi yaranır. Bunlar əsasən aşağıdakılardan ibarətdir: rəsmi və
qeyri-rəsmi münasibətlər.
Öz fəaliyyətlərini təşkil etmək və həyata keçirmək üçün
müəllimlər arasında yaranan qarşılıqlı münasibəti şərti olaraq
rəsmi münasibət adlandırmaq olar. Bu cür münasibətlərə
müəllimlərin bir-biri ilə bu və ya digər şəkildə bağlı olduqları
işgüzar münasibətləri, müəllimlərlə rəhbərlik arasında mövcud
olan idarəetmə münasibətlərini aid etmək olar.
Bununla yanaşı olaraq pedaqoji kollektivdə iki qeyri-
rəsmi münasibət sistemi yaranır.
Birincisi, bütün pedaqoji kollektivi əhatə edən ümumi
şəxsiyyətlərarası əxlaqi-psixoloji münasibətlər, ikincisi, ayrı-
ayrı müəllimlər arasında qarşılıqlı simpatiyaya əsaslanan seçici
münasibətlər.
Pedaqoji kollektivin fəaliyyətinin səmərəliliyi onun
üzvlərinin bir çox cəhətdən vahidliyini tələb edir. Buraya kol-
lektiv üzvlərinin şagirdlərə qarşı ustanovkası, tərbiyənin
məqsədini, şagirdə təsir etmə metodunu, şagirdlərlə qarşılıqlı
münasibət üslubunu və s. aid etmək olar. Əgər pedaqoji kollek-
tivin üzvləri arasında bu məsələlərdə vahidlik yoxdursa, vahid-
lik prinsipi pozulmuşsa kollektivdə bir sıra xəstəliklərin
(müəllimlər arasında münaqişə, qısqanclıq, paxıllıq və s.)
yaranması baş verə bilər ki, bu da məktəbdə təlim-tərbiyə işinin
611
müvəffəqiyyətinin aşağı düşməsinə, müəllimlərin əhvalına təsir
göstərir. Burada pedaqoji kollektivdəki psixoloji iqlim mühüm
rol oynayır. Pedaqoji kollektivdəki müsbət psixoloji iqlim
məktəbdə təlim-tərbiyə işinin yüksək səviyyədə həyata
keçirilməsinə, kollektiv üzvlərinin gümrahlığına, əhval-
ruhiyyələrinin yüksək olmasına, bütün sahələrdə kollektivin
birliyinə səbəb olur. Müsbət psixoloji iqlim kollektiv üzvlərinin
əməkdən zövq almasına, optimizmə, ünsiyyət sevincinə,
etibarlılığa və s. kimi emosional vəziyyətinin yaranmasına
səbəb olur. Ona görə də pedaqoji kollektivdə müsbət, xoş psix-
oloji iqlimin yaranması həmin kollektiv üçün ən mühüm cəhət
hesab olunur. Psixoloji iqlimin pozulması üzvləri bir-birinə
qarşı qoyur, onlarda bir-birinə qarşı inamsızlıq, kinlilik, işə
qarşı laqeydlik, müxtəlif münaqişələr və s. yaranmasına gətirib
çıxarır.
Pedaqoji kollektivdəki psixoloji iqlim bir sıra amillərdən
asılıdır. Pedaqoji kollektiv cəmiyyətin bir hissəsi olduğuna
görə, onun iqlimi də birinci növbədə həmin cəmiyyətin həyat
şəraiti ilə şərtlənir. Pedaqoji kollektivdə bu və ya digər psixolo-
ji iqlimin yaranması məktəb rəhbərlərinin, məktəbin ictimai
təşkilatlarının rəhbərlik üslubundan da asılıdır. Əgər məktəb di-
rektoru və onun müavinləri pedaqoji kollektivə rəhbərliyi tələb
olunan səviyyədə keçirərlərsə, kollektiv üzvləri arasında ayrı
seçkilik qoymadan onların əməyini düzgün qiymətləndirirlərsə,
bu, pedaqoji kollektivdə müsbət psixoloji iqlimin yaranmasına
köməklik göstərir. Pedaqoji kollektivin psixoloji iqliminə kol-
lektiv üzvlərinin iş şəraiti də müvafiq təsir göstərə bilir.
Nəhayət, pedaqoji kollektivdəki psixoloji iqlimə kollektiv
üzvlərinin özlərinin də təsiri olur. Kollektiv üzvlərində sosial-
psixoloji uyuşma, uyğunluq yoxdursa burada psixoloji
iqlimdən də danışmağa dəyməz. Bunun üçün kollektiv üzvlə-
rində şəxsiyyətin bir-birini qarşılıqlı tamamlamaq, qarşılıqlı
yardım, özünə qarşı yüksək tənqidilik və həmkarına qarşı
612
dözümlülük kimi yüksək keyfiyyətlər olmalıdır. Bəzən
kollektivdə
yüksək
psixoloji
uyuşmazlığa
malik
olan
müəllimlərə də rast gəlmək olur ki, onlar psixoloji iqlimin
pozulmasının əsas səbəbkarına çevrilir. Kollektiv özünün bu
cür üzvlərini tərbiyə etməyə borcludur.
Pedaqoji kollektivə rəhbərlik. Pedaqoji kollektivin
fəaliyyətinin səmərəliliyi və burada münasib psixoloji iqlimin
yaranması onun düzgün idarə olunmasından, başqa sözlə
rəhbərlikdən çox asılıdır. Burada isə ən mühüm cəhətlərdən bi-
ri pedaqoji kollektivə rəhbərliyin, onu idarəetmənin sosial-
psixoloji funksiyalarını həyata keçirməkdən ibarətdir. Həmin
funksiyalara aşağıdakıları aid etmək olar:
Kollektivin təşkili, məqsəd yönəlişliyi, fəallaşdırılması,
fəaliyyətinin təkmilləşdirilməsi, kollektivin birliyinin təmin
edilməsi, kollektivdə özünüidarəetmənin inkişaf etdirilməsi.
Kollektivin təşkili - bu, hər şeydən əvvəl, pedaqoji pro-
sesin
tələblərinə
uyğun
olaraq
müəllimlərin
qarşılıqlı
münasibətini, onların intizamını qaydaya salmaqdan ibarətdir.
Kollektivin təşkilinin bilavasitə obyektiv nəticəsi kollektivdəki
sosial rolların persenifikasiyasından (şəxsləndirilməsindən),
daha doğrusu müəllimlərin seçilməsi və yerləşdirilməsi, eləcə
də onların birgə fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.
Məqsəd yönəlişliyi - bu, pedaqoji kollektivdə mövcud
konkret fəaliyyət şəraitində məktəbin idarə olunmasının sosial
funksiyasının həyata keçirilməsinə yönəldilmiş məqsədlərin
təşəkkülündən ibarətdir. Kollektiv və onun hər bir üzvü
tərəfindən qəbul olunmuş məqsəd onların əmək fəaliyyətinin
lazım olan istiqamətdə fəallaşdırılması üçün mühüm zəminə
çevrilir.
Kollektivin fəallaşdırılması - kollektivin təlim-tərbiyə
işində yüksək nəticələr əldə etməsinə yönəldilmiş optimal
əmək gərginliyini, şəraitini yaratmaq və müdafiə etmək.
613
Fəallaşdırma maddi və mənəvi stimul sistemi yaratmaq və
onların müəllimlərin sərvət meylinə çevrilməsi nəticəsində əldə
edilir. Pedaqoji kollektivin fəaliyyətinin fəallaşdırılmasının
mühüm şərtlərinə: yerinə yetirilən əməyin kəmiyyət və
keyfiyyəti ilə onun qiymətləndirilməsi həcmi arasındakı
asılılığın düzgün müəyyənləşdirilməsi, müəllimə yüksək, lakin
yerinə yetirilə bilən tələbin verilməsi, onlarda insani
münasibət, borc hissi tərbiyə etmək, kollektivdə işgüzar
şəraitin yaradılması daxildir.
Dostları ilə paylaş: |