VI. 26. 3. Məktəbə psixoloji xidmətin funksiyaları
və əsas istiqamətləri
Məktəbə psixoloji xidmətin əsas istiqamətlərini, sahələrini
aşağıdakı şəkildə müəyyənləşdirmək olar: psixoprofilaktik işlər,
konsultativ işlər, diaqnostik işlər, korreksiya işləri, yardımçı işlər.
Bu işlər bir növ məktəbə psixoloji xidmətin, o cümlədən
məktəb psixoloqunun funksiyalarını təşkil edir. həmin fəaliyyət
sahələrini ayrı-ayrılıqda nəzərdən keçirək.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən psixo-
profilaktik işlər. Psixoloji tədqiqatlar artıq çoxdan sübut etmişdir
626
ki, şagirdin psixi inkişafında baş verən bu və ya digər qüsuru
aradan qaldırmaq, əvvəlcədən həmin qüsurun baş verməsinin
qarşısını almaqdan qat-qat çətindir. Buradan isə psixoprofilak-
tik işlərin əhəmiyyəti xüsusi olaraq diqqəti cəlb edir. Həmin
cəhət məktəbə psixoloji xidmət zamanı da nəzərə alınmalıdır.
Bəs bu işin mahiyyəti nədən ibarət olmalıdır?
Psixoprofilaktik işlər başlıca olaraq məktəb təlimi
prosesində uşaqların psixi inkişafında baş verə biləcək
qüsurların qarşısını almaq məqsədilə həmin inkişafın gedişi
üzərində nəzarətin təşkilindən ibarətdir. Müəllimlə birlikdə
psixoloq şagirdin əqli inkişafında və şəxsiyyətinin inkişafında
müəyyən qüsurların, yayınma hallarının baş verməsinə səbəb
ola biləcək xüsusiyyətləri aşkara çıxarmağa cəhd göstərir və
müvafiq tədbirləri həyata keçirir. Bu zaman birinci növbədə
uşağın həyatının keçid mərhələləri, məsələn, onun əsas
fəaliyyət növünün kəskin şəkildə dəyişməsi ilə nəticələnən
məktəbə daxil olma dövrü, yaxud yeniyetməlik dövrünün
başlanması və s. üzərində nəzarətə xüsusi yer verilməsi lazım
gəlir. Ona görə də məktəb psixoloqu uşaqların birinci sinfə
qəbulunda iştirak etməli və bu zaman onların zəif, normalara
uyğun gəlməyən cəhətlərini aşkara çıxarmalı, onların nail
olduqları səviyyə ilə yanaşı müvəffəqiyyətlə oxumalarına
müsbət və ya mənfi təsir göstərə biləcək idrak fəallığının,
məktəbə motivləşmə, emosional-iradi cəhətdən hazırlığın
inkişaf xüsusiyyətlərinə xüsusi diqqət yetirməlidir. Məktəbə
hazırlıqla bağlı qüsurları aradan qaldırmaqla əlaqədar
valideynlərə
məsləhət
verməlidir.
Məktəb
psixoloqu
müəllimlərlə birlikdə uşaqların məktəb təliminə alışmaları üçün
fərdi iş proqramı hazırlamalı və həyata keçirməlidir.
Eyni işi yeniyetməlik dövrünə keçid mərhələsində də
həyata keçirmək zəruridir. Bu mərhələdə şagirdin fəaliyyətində
əsaslı dəyişiklik baş verir. İbtidai məktəbdən orta məktəbə keç-
id dövründə şagirdlə əvvəlkindən fərqli olaraq bir deyil, bir
neçə müəllim məşğul olur, təlim materiallarının məzmunu
627
mürəkkəbləşir. Ona görə də bu dövrdə şagirdin inkişa-fındakı
qüsurları aşkara çıxarmaq və sonradan baş verə biləcək
çətinliklərin qarşısını almaq lazım gəlir.
Digər tərəfdən, yeniyetməlik dövrünün özünəməxsus
xüsusiyyətləri ayrı-ayrı şagirdlərdə müxtəlif şəkildə təzahür edə
bilər. Bütün bu cəhətlər məktəbə psixoloji xidmətin əsasında
dayanmalıdır.
Nəhayət, böyük məktəb yaşı dövrünə keçid də şagirdlərdə
həmişə rəvan getmir. Məktəb psixoloqu nəzərə almalıdır ki,
VIII sinfi başa vurmaqla sonrakı təhsil yolunu, peşə yönümünü
müəyyənləşdirməyə yönələn şagirdlərdə bir sıra qüsurlar özünü
göstərə bilər. Şübhəsiz onların qarşısının qabaqcadan alınması
zəruri bir iş kimi qarşıda durur.
Bütün bu cəhətləri nəzərə alaraq məktəb psixoloqu fərdi
və trup halında məsləhətlərdən geniş istifadə etməli, bu
prosesdə şagirdləri zəruri bilik, təlim əməyi bacarıq və
vərdişlərinə yiyələnmənin qanunauyğunluqları ilə tanış etməlidir.
Məktəb psixoloqunun profilaktik fəaliyyətinin ən pers-
pektiv formalarından biri psixoloji-pedaqoji konsiliumun
keçirilməsindən ibarətdir. Psixoloji-pedaqoji konsilium zamanı
sinifdə dərs deyən müəllimlər psixoloqla birlikdə bu və ya
digər şagird və ya bütövlükdə sinif haqqında fikirlərini
birlikdə, kollektiv şəkildə müzakirə edir, çətinliyin və geridə
qalmanın səbəblərini aşkara çıxarır, eyni zamanda bu və ya
digər çətinliyin qarşısını almaq, onu aradan qaldırmaq üçün
səmərəli yollar düşünürlər. Psixoloji-pedaqoji konsilium, eyni
zamanda, ümumi orta təhsil şəraitində xüsusi aktuallıq kəsb
edən və mürəkkəb xarakterə malik olan şagirdlərdə meyl,
qabiliyyət və talantın inkişaf etdirilməsi problemini dərindən
həll etməyə imkan verir.
İ. V. Dubrovinanın fikrincə, psixoloji-pedaqoji konsili-
umun keçirilməsi zamanı psixoloqun başlıca vəzifəsi - şagirdin
əqli
inkişafını,
şəxsiyyətinin
əsas
keyfiyyətlərini
qiymətləndirərkən
müəllimlərin
ona
müxtəlif
cəhətdən
628
yanaşmalarına
köməklik
göstərmək, onun davranış və
münasibətinin təzahürünün mürəkkəb və çoxcəhətli xarakter
daşıdığını, əsas diqqəti şagirdin özünüqiymətləndirməsinə,
motivlərinə, idrak maraqlarının xüsusiyətlərinə, emosional
istiqamətinə yönəltməyin zəruriliyini göstərmək, ən başlıcası
isə şagirdin sonrakı inkişafına nikbin yanaşmalarını, onunla
işləməyin real proqramını müəyyənləşdirmələrini təmin
etməkdən ibarətdir.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən
məsləhət (konsultativ) işləri. Məktəbə psixoloji xidmət
fəalyyətində müəllim, şagird və valideynlərlə aparılan məsləhət
işləri əsas yerlərdən birini tutur. Məktəb psixoloqunun apardığı
bu cür məsləhətlər fərdi və qrup halında keçirilə bilər. Hər
ikisində əsas məqsəd bu və ya digər çətinliklərin mahiyyətini
açmaq və onları aradan qaldırmaq üçün müvafiq psixoloji yol-
lar
göstərməkdən
ibarətdir. Adətən, psixoloq
məktəb
müəllimlərinə aşağıdakı hallarda məsləhət verməli olur:
şagirdlərin tədris materialını mənimsəmələrindəki çətinliklər,
oxumaq həvəsinin olmaması və oxuya bilməmələri ilə bağlı,
müəllimlə sinif arasında münaqişə yarandıqda, aparılan peda-
qoji təsir vasitələri nəticə vermədikdə, müəllimin şagirdlərlə və
şagirdlərin bir-biri ilə ünsiyyətindəki çətinliklərlə əlaqədar,
şagirdlərin maraq, meyl və qabiliyyətlərini aşkara çıxarmaqla
bağlı, şagirdlərin peşə yönümü, peşə seçmələrinə istiqamət
verməklə bağlı və s.
Psixoloq
şagirdlərlə
fərdi
olaraq
tədris, inkişaf,
öyrənmənin
səmərəli
yolları,
həyat
mövqeyini
müəyyənləşdirmək, böyüklərlə və yoldaşları ilə ünsiyyət,
özünütərbiyə və s. məsələlər ətrafında məsləhət keçirə bilər.
Bununla yanaşı olaraq bir qrup şagirdlərlə və ya siniflə özünü
tərbiyə, əqli əmək mədəniyyəti və s. problemlər ətrafında
məsləhət təşkil edə bilər.
Adətən,
məktəb
psixoloqu
ilə
məsləhətləşməyə
valideynlər daha çox ehtiyac hiss edirlər. Psixoloqun
629
valideynlərə psixoloji məsləhəti aşağıdakı məsələləri əhatə edə
bilər: Uşağı məktəbə necə hazırlamaq, onların təlim marağını
necə inkişaf etdirmək; oxumaq istəməməsi, hafizəsinin zəifliyi,
dalğınlıq, qeyri-mütəşəkkillik, qeyri-müstəqillik. "təcavüzkarlıq",
hövsələsizlik, inadkarlıq, qorxaqlıq, sözə baxmamaq, laqeydlik
və s. kimi qüsurları necə aradan qaldırmaq; uşaqda ailənin
böyük üzvlərinə, özündən kiçik bacı və qardaşlarına qarşı me-
hriban münasibəti hansı yollarla tərbiyə etmək və s.
Psixoloji xidmətlə əlaqədar psixoloq hami təşkilatların,
həddibuluğa çatmamış uşaqlarla iş aparan komissiyaların, xalq
məhkəmələrinin, uşağın psixoloji vəziyyəti ilə əlaqədar psix-
oloji ekspertiza komissiyasının və b. yerinə yetirəcəkləri işlərdə
onlara köməklik göstərmək məqsədilə də məsləhətlər keçirə
bilər.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən di-
aqnostik işlər. Psixoloji xidmətdə əsas yerlərdən birini diaq-
nostik işlər tutur. Bu işlərin əsas üstün cəhətləri ondan
ibarətdir ki, psixoloqun köməyi ilə şagirdlərin həm əqli, həm
də şəxsi imkanları aşkara çıxarılır. Bununla da şagirdlərin
fəaliyyətini və inkişafını idarə etmək prosesi asanlaşır.
Məhz buna görə də təlim və tərbiyə prosesində ayrı-ayrı
şagirdlərin təlim və tərbiyəsindəki qüsurların psixoloji
səbəblərinin aşkara çıxarılması və onların aradan qaldırılması
yollarının müəyyənləşdirilməsi məktəbə psixoloji xidmət
işində mərkəzi yer tutur. Bunun üçün psixoloji xidməti təşkil
edən şəxsdən xüsusi hazırlıq tələb olunur. Bu işi aparan adam
düzgün sual verməyi, psixoloji problemi müəyyənləşdirməyi,
lazımi məlumatı əldə etməyi, həmin məlumatları təhlil etməyi
və bütün bunların əsasında zəruri nəticəyə gəlməyi bacarmalıdır.
Məktəbə psixoloji xidmətlə əlaqədar olaraq psixoloq
aşağıdakı diaqnostik işləri həyata keçirməlidir:
- ümümiyyətlə, eləcə də ayrı-ayrı fənnlər üzrə
şagirdlərin mənimsəyə bilməmələrinin psixoloji səbəblərini aşkara
çıxarmaq;
630
- şagirdlərin intizamsızlıqlarının psixoloji səbəblərinin
diaqnostikası;
- şagirdlərin əqli inkişafının, şəxsiyyətinin və emosional-
iradi xüsusiyyətlərinin diaqnostikası;
– şagirdlərin sinif yoldaşları ilə qarşılıqlı münasibətlərinin
pozulmasının,
sinifdə
şəxsiyyətlərarası
münasibətlərin
pozulmasının səbəblərinin psixoloji diaqnostikası;
-
şagird-müəllim,
sinif-müəllim
münasibətlərinin
pozulmasının səbəblərinin psixoloji diaqnostikası;
- uşağın məktəbə hazırlığının psixoloji diaqnostikası;
– şagirdlərin ibtidai məktəbdən orta məktəbə keçməyə
hazır olmalarının psixoloji diaqnostikası;
- şagirdlərin yeniyetməlik dövründən ilk gəncliyə
keçməyə hazır olmalarının psixoloji diaqnostikası və s.
Şübhəsiz bütün bu cür diaqnostik işləri necə gəldi apar-
maq mümkün deyildir. Bunun üçün psixoloq düşünülmüş və
bütün tələblərə cavab verən metodlardan istifadə etməlidir.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək
korreksiya işləri. Məktəbə psixoloji xidmət təkcə diaqnostik
işləri həyata keçirməklə də başa çatmır. Bu və ya digər çətinliyi
və onun səbəbini aşkara çıxarmaqla yanaşı (istər intellektual,
istərsə də şəxsiyyət baxımından) psixoloji xidməti həyata keçirən
mütəxəssis həmin çətinlikləri aradan qaldırmaq, təshih etmək
üzrə də iş aparmalıdır. Yalnız bu zaman nəzərdə tutulmuş
nəticəni əldə etmək mümkündür. Məhz buna görə də psixoloji
xidmət zamanı aşağıdakı korreksiya işlərinin həyata keçirilməsi
zəruridir:
- şagirdlərin şəxsiyyətində, əqli inkişafında, emosional iradi
xüsusiyyətlərində
özünü
göstərən
çətinliklərin
aradan
qaldırılması;
- şagirdlərin yaşlılar və həmyaşlıları ilə qarşılıqlı
şəxsiyyətlərarası münasibətlərində özünü göstərən qüsurların
aradan qaldırılması.
Adətən, korreksiya proqramının həm psixoloji, həm də
631
pedaqoji cəhətləri vardır və onların həyata keçirilməsi bir-
birindən müəyyən dərəcədə fərqlənir. Psixoloji korreksiya psix-
oloq tərəfindən planlaşdırılır və həyata keçirilir. Pedaqoji kor-
reksiya isə məktəb psixoloqu müəllimlərlə birlikdə (məktəb di-
rektoru, dərs hissə müdiri, sinif rəhbəri, fənn müəllimi)
planlaşdırılır, psixoloqun nəzarəti və köməkliyi ilə müəllimlər
və valideynlər tərəfindən həyata keçirilir.
Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək
yardımçı
işlər. Məktəbə
psixoloji
xidmətlə
əlaqədar
əsasnamədə yuxarıda qeyd olunanlarla yanaşı, bir sıra
yardımçı işlərin həyata keçirilməsi də nəzərdə tutulur. Həmin
işlər bu və ya digər şəkildə əsas işlərlə bağlanır və onların
həyata keçirilməsinə xidmət edir. Psixoloji xidmət zamanı
yerinə yetirilən həmin yardımçı işlərə aşağıdakıları aid etmək
mümkündür:
-
məktəb
psixoloqu
şagirdlərin
davranış
və
mənimsəmələrinin psixoloji təhlilini vermək və burada onların
şəxsiyyətlərinin və qabiliyyətlərinin fərdi psixi xüsusiyyətlərini
daha dəqiq, ətraflı açmaq məqsədilə pedaqojikonsilium təşkil
edir;
- məktəb psixoloqu məktəbin pedaqoji şurasının işində
iştirak edir;
- psixologiya kabinəsi və məktəb kitabxanasının
köməyi ilə müxtəlif yaşlı uşaqların təlim və tərbiyəsi
problemlərinə
dair
psixoloji-pedaqoji
ədəbiyyatdan
və
şagirdlər üçün psixoloji ədəbiyyatdan ibarət bölmə, "kitabxa-
na" yaradır.
Məktəbdə psixoloji xidmətin qeyd olunan istiqa-mətlərini
müxtəlif konkret sahələrə tətbiq etmək mümkündür. Bunların
ən əsaslarından bəzilərini nəzərdən keçirək.
Məktəbə psixoloji hazırlığın diaqnostikası. Məktəbə psixolo-
ji xidmətdə əsas yerlərdən biri uşaqların məktəbə psixoloji
hazırlığının diaqnostikasını verməkdən ibarətdir. Bu sahədə
aparılan işin əhəmiyyəti öz-özünə aydındır. Uşağın məktəbə,
632
məktəb
təliminə
psixoloji
hazırlıq
səviyyəsini
müəyyənləşdirmək bir tərəfdən həmin sahədəki qüsurları ara-
dan qaldırmaq, digər tərəfdən məktəbdə ilk gündən şagirdlərin
imkanlarına uyğun iş aparmaq üçün şərait yaradır. Məhz buna
görə də məktəb psixoloqu (sinif muəllimi ilə birlikdə) birinci
sinfə qəbul olunacaq uşaqların məktəbə psixoloji hazırlıq
səviyyəsini aşkara çıxarmalıdır. Bu bir növ məktəbə psixoloji
hazırlığın diaqnostikasından ibarətdir.
Uşağın məktəbə hazırlığının diaqnostikasını verərkən
aşağıdakı üç mühüm göstəriciyə istinad etmək lazım gəlir:
1) L. S. Vıqotskinin bağça yaşı dövründə affektlərin
intellektuallaşdırılmasının əsas yenidənyaranma halı
olması barədə fikrinə istinad edərək ixtiyariliyi təlim fəaliyyə-
tinin zəminlərindən biri – məktəbə hazırlığın mühüm
göstəricisi kimi nəzərə almaq, xarakterizə etmək lazımdır. Bu
bir də ona görə zəruridir ki, uşağın məktəbdə məşğul olacağı
fəaliyyət növü - təlim fəaliyyəti ondan ixtiyari işlərin icrasını
tələbedir.
2) Uşağın məktəbə hazırlığını xarakterizə edərkən nəzərə
alınması zəruri olan ikinci mühüm göstərici əyani-obrazlı
təfəkkürün inkişaf səviyyəsindən ibarətdir. Burada təsviri-
sxematik vasitələrin təhlili, quraşdırılması və tətbiqi ilə
əlaqədar işlərin yerinə - yetirilməsinə fikir verməlidir.
3) Şəxsiyyət xarakteristikası üzrə göstəricilər. Burada
şəxsiyyətin bütün cəhətlərinin inkişaf xüsusiyyətləri deyil,
təlim fəaliyyətinin təşkilinə köməklik göstərən (və ya mane
olan) şəxsiyyət göstəriciləri (emosional cəhət, ünsiyyətin
xüsusiyyətləri, kollektiv fəaliyyətə daxil olmaq və s.) nəzərə
alınmalıdır.
Məktəb psixoloqu qeyd olunan göstəricilər üzrə birinci
sinfə qəbul olunan uşaqların hər birinin məktəbə hazırlıq
səviyyəsini aşkara çıxarmaqla müəllimin onlarla müvafiq
səmərəli iş aparması üçün şərait yaradır. Ona görə də qabaq-
cadan hazırlanmış proqrama əsasən uşaqlar yoxlanılmalıdır.
633
Proqram hazırlanarkən yuxarıda qeyd olunan göstəricilərin
xüsusiyyətlərini
açmağa
imkan
verən
yolları
müəyyənləşdirməklə, aşağıdakı texniki və metodiki tələblərə
əməl olunmalıdır.
Hər şeydən əvvəl, hər uşaq yalnız bir dəfə yoxlamadan
keçirilməli və bu iş 20-30 dəqiqədən artıq davam etməməlidir.
Bu tələb bir tərəfdən yoxlanan uşağın imkanlarını nəzərə al-
maqla bağlıdır. Belə ki, psixofizioloji tədqiqatlardan məlum
olduğu kimi, həmin yaş dövründə uşaqların əqli iş
qabiliyyətinin səviyyəsi məhz 20-30 dəqiqədən ibarət olur.
Digər tərəfdən, uşağı I sinfə yazdırmaq üçün valideynlər onu
bir neçə dəfə yoxlamaya gətirməyə o qədər də razılıqla
yanaşmırlar.
İkincisi, psixoloji yoxlamaları valideynin iştirakı ilə apar-
maq məqsədə müvafiqdir. Belə olduqda uşaqlarda və
valideylərdə gərginliyin yaranmasının qarşısı alınır. Yoxlama-
dan əvvəl valideynlərə izah olunur ki, yoxlamanın məqsədi
uşağı imtahan etməkdən ibarət deyildir. Burada əsas məqsəd
uşağın imkanlarını aşkara çıxarmaq və gələcəkdə onunla
işləmək üçün müvafiq yollar düşünməkdən ibarətdir. Yoxlama
motivinin bu cür izahı valideynin psixoloqa inamla
yanaşmasına və yeri gələndə ona köməklik göstərməsinə im-
kan yaradır.
Ücüncüsü, yoxlamanın nəticələri uşağın xüsusiyyətlərinin
keyfiyyət xarakteristikasını verməlidir.
Gələcək I sinif şagirdləri üzərində aparılan eksperi-
mental psixoloji yoxlama suallardan başlanmalıdır. Adətən, bu
cür suallar standart xarakter daşıyır: sənin adın nədir, neçə
yaşın var, uşaq bağçasına gedirsənmi. Sualları verməklə
psixoloq öz təbəssümü ilə uşaqları ruhlandırmalıdır. Burada
yeri gəldikcə bu və ya digər cəhətə əsasən uşağı tərifləmək
tələb olunur. Məsələn, qıza belə demək olar ki, onun nə yaxşı
donu, saçı var. Oğlana demək olar ki, afərin, nə yaxşı
oğlandır, yəqin anasının yaxın köməkçisidir və s.
634
Söhbəti uzatmadan bilavasitə eksperimental yoxlamaya
keçmək tələb olunur. Adətən, psixoloq uşaqlara bu cür müraciət
edir: "İndicə səninlə birlikdə məşğul olacağıq. Mən sənə tapşırıq
verəcəm, sən isə onları yerinə yetirəcəksən. Bunlar bir az
məktəbdə sənə verəcəkləri tapşırıqlara oxşayır, lakin əsil məktəb
tapşırığı deyil. Məncə onlar sənin xoşuna gələcək".
Bundan sonra "Seqen lövhəsi" üzrə iş aparmaq olar. Bu
tapşırıq bağça yaşlı uşaqlar tərəfindən asanlıqla yerinə yetiri-
lir. O, bir növ oyun xarakteri daşımaqla uşaqların xoşuna gəlir,
onları sakitləşdirir, gərginliyi aradan qaldırır. Bununla yanaşı,
dərhal müvəffəqiyyət şəraiti yaradır. Uşaq öz işinin nəticəsini
qiymətləndirə bilməsə də, onun üçün əsas məsələ ümümiyyətlə
tapşırığı yerinə yetirə bilməsindən və tanımadığı adamın onu
tərifləməsindən ibarətdir.
"Seqen lövhəsi" bir neçə topludan ibarətdir. Həmin
lövhələrin çətinliyi fiqurların miqdarından və onların bir neçə
hissəyə kəsilməsindən asılıdır.
Yoxlama zamanı həmin toplulardan ikisindən istifadə
etmək olar. Birinci (1 №-li) lövhə toplusu aşağıdakı doqquz
bütöv fiqurdan ibarətdir: dairə, xaç, kvadrat, üçbucaq, romb,
oval, trapesiya, ulduz, altıguşəli fiqur. İkinci lövhə (2 №-li) iki
hissəyə bölünmüş fiqurdan (dairə, oval, altıguşəli, kvadrat) və
üç hissəyə bölünmüş bir fiqurdan (xaç) ibarətdir. Tapşırığı
yerinə yetirmək üçün uşağa aşağıdakı şəkildə təlimat
verilməlidir: "Bax, bu lövhədə fiqurlar var. Mən onları yerə
tökəcəm, sən isə əvvəlki yerlərinə yığmalısan". Bu söz qurtaran
kimi fiqurları tökmək, uşağın işə başlamasını gözləmədən
saniyəölçəni işə salmaq lazımdır. Əgər uşaq işə dərhal
başlamırsa bunu protokolda qeyd etmək, nə qədər vaxt
keçdiyini göstərmək lazımdır. Protokolda uşağın bütün
hərəkətləri, fəallığı, işgüzarlığı, marağı, çətinlik çəkdikdə kimə
və necə müraciət etməsi və s. qeyd edilməlidir. Burada mütləq
həmin işə nə qədər vaxt sərf olunduğu qeyd edilməlidir. Bununla
həmin uşağın fərdi tempini müəyyənləşdirmək olar. Həmin yaş
635
dövründə birinci lövhə üzrə işin orta vaxt göstəricisi 30-35
saniyə, ikinci lövhə üzrə bir dəqiqə təşkil edir.
Tapşırığı yerinə yetirərkən uşaq çətinlik çəkərsə, psixoloq
həmin çətinliyin nədən ibarət olduğunu: uşağın buna necə
münasibət bəslədiyini, onu aradan qaldırmağa necə cəhd
göstərdiyini protokola qeyd etməlidir. Uşağa necə hərəkət
etmək lazım gəldiyini dərhal bildirmək lazım deyildir. Ona bi-
rinci növbədə imkan yaratmaq lazımdır ki, özü çətinliyi aradan
qaldırsın. Əgər uşaq elə ilk andan ona köməklik göstərilməsini
istəyirsə, onu dərhal protokola qeyd edib uşağı müstəqil işə
istiqamətləndirmək lazımdır. Çox zaman uşaqlar ən azacıq
çətinlikdən kömək üçün böyüklərə müraciət edir və deyirlər:
"Mən
bunu
edə
bilmərəm", "bilmirəm
necə
edim",
"bacarmıram". Belə olduqda çox mülayim şəkildə uşağı
tapşırılan işi müstəqil şəkildə yerinə yetirməyə məcbur etmək
lazımdır. Çətinliyin mürəkkəb xarakter daşıdığını hiss etdikdə
uşağın köməyinə gəlmək lazımdır. Köməyi daima ehtiyatla
etmək lazımdır, uşağın özünün yerinə yetirə biləcəyi işə
qarışmaq lazım deyildir.
"Seqen lövhəsi"ndən sonra uşaqlara N. A. Brenşteynin
"ardıcıl hadisələr" tapşırığını vermək olar.
Bunun üçün "Canavarlar" seriyasından ibarət beş süjetli
şəkildən istifadə etmək olar. Hər bir şəkil müəyyən bitkin
situasiyanı əhatə edir. Həmin şəkillərin məzmunu aşağıdakı ki-
midir: birinci şəkildə əlində çanta tutmuş gülərüz bir oğlan
uşağı qarla örtülmüş meşə yolu ilə gedir. İkinci şəkildə -
nədənsə çox qorxmuş həmin uşaq əlində çanta meşə ilə qaçır,
şəklin sağ tərəfində uşağın yolu üstündə böyük ağaclar
görünür. Üçüncü şəkildə ağaca dırmaşan uşaq görünür.
Sifətində qorxu əlaməti hiss olunur. Onun çantası ağacın
altında görünür. Sol tərəfdə pöhrəlikdə üç canavar uşağın
dırmaşdığı ağaca tərəf qaçır. Dördüncü şəkildə uşaq ağacın
ortasındakı aşağı budağın üstündə uzanmışdır. Ağacın altında
onun çantası və ətrafa səpələnmiş kitab dəftərlər görünür.
636
Ağacın dövrəsində üç canavar dayanmışdır. Onlardan biri qa-
baq pəncələrini ağacın gövdəsinə söykəyib, ikinci dayanıb
ağzını uşaq olan tərəfə qaldırıb, üçüncü isə ağacın yanında
nəyisə iyləyir. Beşinci şəkildə sağ tərəfdə hündür ağac
çəkilmiş, onun gövdəsini qucaqlayıb aşağı düşmək istəyən uşaq
və ona aşağıdan kömək edən saqqallı kişi görünür. Sol tərəfdə
arxa planda xizəyə qoşulmuş at görünür. Xizəkdə oturmuş adam
fiquru var. Xizəyin qarşısında başqa bir adam fiquru çəkilmişdir.
O, ensiz ağaca bənzəyən bir əşyanı üfüqi vəziyyətdə çiyninə
söykəmiş, onun ucundan qırmızıya çalan bir iz uzanır.
Şəkillər uşağa ardıcıl deyil, qarışıq verilir. Məsələn,
beşinci, ikinci, dördüncü, birinci, üçüncü. Bu, aşağıdakı təlimatla
müşayət olunur: "Mən sənə bir hadisəni təsvir edən şəkillər
verəcəm. Lakin həmin şəkillər qarışıb. Sən həmin şəkillərə
diqqətlə baxıb, yaxşı-yaxşı düşünüb ardıcıl şəkildə stolun
üstünə düzməlisən. Bax bura hadisənin başlanğıcını göstərən
şəkli, sonra qalanlarını qoymalısan (ikincini və sonrakı
şəkillərin hər birini hara qoyacağını göstərməklə). Onda
şəkilləri götür, diqqətlə bax və hər birini öz yerinə qoy».
Şəkilləri uşağa verdikdən sonra psixoloq daha onun işinə
qarışmır, uşağın hər bir hərəkətini, emosional vəziyyətini proto-
kola daxil edir.
Əgər uşaq bir dəqiqə ərzində işə girişmirsə onu bu kimi
sözlərlə ruhlandırmaq olar: "Şəklə bax, sən onları sıra ilə
düzməlisən" və yaxud "Qorxma, bir düz görüm".
Uşaq işi yerinə yetirməyə başlayıbsa onun nə dərəcədə
düzgün işləməsi barədə heç nə demək lazım deyildir. Yalnız
uşaq bütün şəkilləri düzüb qurtardıqdan sonra demək olar:
"Şəkillərin hamısını sıra ilə düzmüsənmi?" İndi göstər görüm
birinci şəkil hansıdır? İkinci hansıdır? Üçüncü, dördüncü, so-
nuncu hansıdır?" Uşağın düzdüyü ardıcıllığı protokolda qeyd
etmək lazımdır. Əgər ardıcıllıq düzgündürsə, sadəcə (+) işarəsi
qoymaqla kifayətlənmək olar.
Bundan sonra demək lazımdır: "İndi mənə bu hadisəni
637
danış". Uşağın cavabını olduğu kimi qeyd etmək lazım gəlir,
əgər süjet düzgün ardıcıllıqla tərtib olunarsa uşağa həmin
hadisəyə ad verməsini təklif etmək lazımdır.
Bu cür işin köməyi ilə uşağın şəraitin gizli mənasını nə
dərəcədə uyğün şəkildə anladığını aşkara çıxarmaq mümkündür.
Əgər uşaq süjeti düzgün tərtib etməyibsə, onu yerinə ye-
tirdiyi işə görə tərifləmək, sonra köməkçi suallar vasitəsilə
ardıcıllığı düzgün başa düşməsinə nail olmaq lazımdır.
Bundan
sonra
başqa
(üçüncü) tapşırığın
yerinə
yetirilməsinə başlamaq olar. Burada Vekslerin testlərinə daxil
olan "Koos kubikləri" testindən istifadə etmək mümkündür.
Nəhayət, «məktəbə hazırlığın diaqnostikasını» vermək üçün
"Dördüncü artıq əşya hansıdır?" tapşırığını yerinə yetirməkdən
istifadə etmək olar. Bu metodika psixologiya sahəsində
çalışan mütəxəssislərə yaxşı məlumdur və onlar tərəfindən
geniş tətbiq olunur. Bu zaman verilmiş dörd əşya (və ya
onların şəkli) arasında birinin artıq olduğu bildirilir və yoxla-
nandan tələb olunur ki, onu tapsın və götürsün. Məsələn, a)
karandaş, çanta, dəftər, şlyapa şəkilləri, b) stol, stul, kitab şkafı,
çaynik şəkilləri və s.
Beləliklə, bu tapşırığın əsasında anlayış əlamətinə görə
təsnif etmək dayanır. Məktəbə hazırlıqla əlaqədar həmin
metodikanı tətbiq edərkən burada bir qədər başqa məqsəd
güdülməlidir. Burada uşağın nəyi artıq sayması deyil, tanış və
ya az tanış olduğu əşyalar haqqında nə deməsi mühüm
əhəmiyyətə malikdir. Bununla yanaşı olaraq uşağın həmin
tapşırığı, iş tərzini necə yerinə yetirməsi də nəzərdə tutulan
cəhətlərdəndir.
Bütün bu yollarla aparılan yoxlama işi uşağın məktəbə
hazırlıq səviyyəsini aşkara çıxarmağa, bu sahədə onun
valideyinə və gələcək müəlliminə müvafiq məsləhətlər
verməyə imkan yaradır. Bununla yanaşı olaraq həmin qeydlər
uşaq üçün tərtib olunacaq psixoloji xəritənin əsasını,
başlanğıcını təşkil edir.
638
Məktəbə psixoloji xidmət sahəsində diqqəti cəlb edən
cəhətlərdən biri də çətin tərbiyə olunan ("çətin") uşaqlarla
aparılan işdir. Burada birinci növbədə əsas diqqət şəxsiyyəti so-
sial cəhətdən deformasiyaya uğrayan, asosial uşaqların vaxtında
diaqnostikasını verməyə yönəldilməlidir. Bu zaman uşaqda
"çətinliyin" yaranması səbəblərinin aşkara çıxarılmasına da
xüsusi diqqət yetirilməlidir. Bütün bunların əsasında və uşağın
fərdi xüsusiyyətlərini nəzərə almaqla onunla aparılacaq
tərbiyəvi iş sistemi müəyyənləşdirilməlidir. Bu barədə kitabın
ikinci bölməsində danışıldığı üçün burada geniş bəhs olunmağı
lazım bilmədik.
Dostları ilə paylaş: |