Təxəyyül haqqında anlayış. Təxəyyül ali psixi funksiya kimi. Təxəyyül və digər psixi proseslər. Təxəyyülün fizioloji əsasları. İnsanın həyat və fəaliyyətində təxəyyülün əhəmiyyəti. Autotreninqdə və psixoterapiyada təxəyyüldən istifadə olunması.
Təxəyyülün növləri. Passiv və fəal təxəyyül; xülya, röya, bərpaedici və yaradıcı təxəyyül, onların başlıca xüsusiyyətləri. Xəyal.
Təxəyyül surətlərinin yaradılması prosesi. Təxəyyül surətlərinin yaradılmasının təhlil və tərkib xarakteri. Təxəyyül surətlərinin yaradılmasında istifadə olunan tərkib üsulları: aqqlyutinasiya, hiperbolizasiya, nəzərə çarpdırılma.
Təxəyyül və oyun. Uşaqlarda təxəyyülün inkişafında oyunun rolu. Oyun zamanı uşaq təxəyyülünün yaradıcı funksiyasının yeri. Oyun prosesində uşaq fantaziyasının xüsusiyyətləri.
Təxəyyül və yaradıcılıq. Təxəyyül və yaradıcılığın qarşılıqlı əlaqəsi. Ədəbi – bədii yaradıcılıqda təxəyyülün yeri.