Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə145/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   141   142   143   144   145   146   147   148   ...   297
psix

Vıqotskiy L.S. Sobranie soçineniy. V 6 t.- t. 2.- M., 1982, s.436-454.
Neysser U. Poznanie i realğnostğ.- M., 1981( voobrajenie i pamətğ, 141-165)
Nemov R.S. Psixoloqiə. V 3-x kn., kn. 1.- M., 1998, s. 260-273

13-cü FƏSİL




HİSSLƏR. EMOSİONAL HALLAR




Qısa xülasə


Hisslər haqqında anlayış. Hisslər insanın gerçəkliyə bəslədiyi subyektiv münasibət sistemi kimi. Hissləri duyğulardan fərqləndirən xüsusiyyətlər. Hisslərin obyekti və subyekti. Emosiyalar və onların hisslərlə oxşarlıq və fərqi. Emosiyalar hisslərin təzahür forması kimi. İnsanın idrak fəaliyyətində hisslərin rolu.


Hisslərin xarici ifadəsi və əsas xüsusiyyətləri. Hisslərin insanın tənəffüs və qan dövranı üzvlərinin fəaliyyətində, mimika və pantomimikasında, nitqində ifadəsi. Hisslərin qütbiliyi, müsbət və mənfi keyfiyyətləri, ikili və qeyri-müəyyən xarakter daşıya bilməsi.
Hisslərin fizioloji əsasları və funksiyaları. Hisslər beyində gedən sinir proseslərinin nəticəsi kimi. Hisslər və dinamik stereotip. Hisslərin siqnal, tənzim, kommunikativ funksiyaları.
Hisslərin keçirilmə formaları. Əhvallar, affektlər, stress (gər ginlik), frustrasiya hisslərin əsas keçirilmə formaları kimi.
Ali hisslər. Əxlaqi, intellektual, estetik və praksis hisslərin xarakteristikası.


IV.13.1. Hisslər haqqında anlayış


İnsan ətraf aləmdə baş verən hadisələri yalnız duyub qavramaqla, yadda saxlamaqla kifayətlənmir. O, həm də dərk etdiklərinə müəyyən münasibət göstərir. Ona görə də insan idrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirir, hiss və emosiyaların köməyi ilə isə onlara münasibətini bildirir. Deməli, hisslər insanın münasibəti ilə bağlıdır. Münasibət isə şüurla bağlı olan psixi faktdır. Cisim və hadisələrə bəslənilən münasibətlərin beyində əks etdirilməsindən ibarət olan psixi fəaliyyət psixologiyada hiss və emosiya adı ilə ifadə edilir.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin