Yaş psixologiyası haqqında anlayış. Yaş psixologiyası müasir psixologiyanın əsas sahələrindən biridir. Yaş psixologiyasının predmetini birinci növbədə insan psixikasının inkişaf dinamikasının, şəxsiyyətin psixi prosesləri və psixi xassələrinin ontogenezinin inkişaf xüsusiyyətlərinin öyrənilməsi təşkil edir.
Yaş psixologiyasının predmetinə fərdin psixologiyası və davranışının “yaş” anlayışı ilə ifadə olunan spesifik birliyini də aid etmək olar. Nəzərdə tutulur ki, insan hər bir yaş dövründə psixoloji və davranış xüsusiyyətlərinin həmin yaş dövrü üçün xarakterik olan və həmin dövrdən kənarda heç vaxt özünü göstərməyən birliyinə malik olur.
Yaş psixologiyasının predmetini təşkil edən məsələlərdən birini də insanın psixiki inkişafının hərəkətvericiqüvvələri, şərati və qanunauyğunluqlarıtəşkil edir. Psixi inkişafın hərəkətverici qüvvələri anlayışı altında insanın psixi inkişafına təkan verən, onu müəyyən istiqamətə yönəldən səbəblər başa düşülür. Uşağın psixi inkişafının hərəkətverici qüvvələri, hər şeydən əvvəl, fəaliyyətdə yaranan yeni tələbatlarla bu tələbatları ödəmə imkanları arasındakı dialektik ziddiyyətdən ibarətdir. Bu ziddiyyət yalnız kiçik yaş deyil, bütün yaş dövrləri üçün xarakterikdir. Lakin həmin ziddiyyətlər özünü göstərdikdə yaşdan asılı olaraq müəyyən spesifik xüsusiyyətə malik olurlar. Psixi inkişafın şəraiti adı altında daima təsir edən elə daxili və xarici amillər nəzərdə tulur ki, onlar hərəkətverici qüvvələr olmasalar da, inkişafa təsir göstərir, inkişafın gedişini istiqamətləndirir. Psixi inkişafın qanunauyğunluqlarına gəldikdə, onlar ümumi və xüsusi qanunauyğunluqlardan ibarətdir. Həmin qanunauyğunluqların köməyi ilə insanın psixi inkişafını qeyd etmək və bunun köməyi ilə həmin inkişafı idarə etmək mümkündür.
Pedaqoji psixologiyanın predmeti. Məktəblərimizin ən mühüm və daimi vəzifəsi olan gənc nəslə elmlərin əsasları haqqında dərin və möhkəm biliklər vermək, həmin bilikləri təcrübəyə tətbiq etmək vərdişləri və bacarığı aşılamaq, hərtərəfli inkişaf etmiş şəxsiyyət formalaşdırılması işini müvəffəqiyyətlə həyata keçirmək üçün müəllim tərbiyənin və təlimin psixoloji qanunauyğunluqlarına dərindən yiyələnməli və özünün pedaqoji fəaliyyətində həmin biliklərdən istifadə etməyi bacarmalıdır. Bu cür biliklər isə müasir psixologiya elminin mühüm sahələrindən biri olan pedaqojipsixologiyada öz əksini tapır.